Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


07.10.2019  12:14 

Su xəttinin borularını oğurlamaq istədi, saxlanıldı





A+  A-

Oktyabrın 4-də Lerik rayonunun Nisli kəndi ərazisində Çayrud kənd sakini Ş.Bəhmənovun idarə etdiyi “KamAZ” markalı avtomobil polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
XəzərNews.az-a daxil olan məlumata görə, avtomobilin yük yerinə baxış zamanı oradan 104 metr olan 18 ədəd dəmir boru aşkar edilib.

Araşdırma zamanı qeyd edilən dəmir boruların həmin gün Rəzgov kənd sakini T.Kəlbiyev tərəfindən Lerik-Kəlvəz yolunun kənarı ilə çəkilmiş su xəttindən kəsdirilib yaşadığı evə aparmaq istəməsi müəyyən edilib.

Su boruları müvafiq qaydada sənədləşdirilərək götürülmüş və Lənkəran Regional Su Kanal İdarəsinin Lerik rayonu üzrə nümayəndəsinə təhvil verilib.

Araşdırma aparılır.

Xəbər 1415 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +