İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi


13.04.2018  11:09 

Yardımlıda kütləvi dava: Ölən var





A+  A-

Yardımlıda qonşular və qohumlar arasında kütləvi dava baş verib.
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, rayonun Bürzümübül kəndində qohumlar və qonşular arasında ərazinin müəyyən olunması səbəbindən yaranan mübahisə sonradan davaya çevrilib.

İlkin məlumata görə, dava zamanı Bürzümübül kənd sakini, 1963-cü il təvəllüdlü Bəyzadə Məmmədağa oğlu Rəciyev aldığı xəsarətlərdən ölüb. Digər ailənin üzvü Nuru Mətləb oğlu Haxıəliyev isə xəsarət alaraq Yardımlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

B. Rəciyevin ölümündə şübhəli bilinən Nuru Haxıəliyevin oğlu Şirxan Haxıəliyev isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 1860 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +