Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


13.04.2021  13:57 

Satıcı qadını bıçaqla hədələyib pulu aldı





A+  A-

Bakının Sabunçu rayonunda aptekdə quldurluq və evlərdən oğurluq edən şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsində naməlum şəxs apteklərdən birinə daxil olaraq orada satıcı işləyən qadını əlindəki bıçaqla hədələyib obyektin kassasından 480 manat pulu talayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Orxan Şahbazov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib və hadisə zamanı istifadə etdiyi kəsici aləti polis əməkdaşlarına təhvil verib.

Qeyd edək ki, Orxan Şahbazovun aptekdə törətdiyi quldurluq cinayəti obyektin kameraları tərəfindən də lentə alınıb.

Zabrat və ətraf qəsəbələrdə fevral-aprel ayları ərzində silsilə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Mailov saxlanılıb.

E.Mailov qeyd edilən müddət ərzində təkcə Sabunçu rayonunda 6 mənzildən və 2 zərgərlik məmulatlarının satıldığı obyektdən soyğunçuluq, eləcə də, oğurluq cinayətləri törədib. Araşdırma zamanı onun əsasən qızıl-zinət əşyaları ələ keçirdiyi məlum olub. E.Mailov zərərçəkənlərə ümumilikdə 15 min manata yaxın maddi ziyan vurub.



Xəbər 1981 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +