Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı
Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT


18.04.2025  16:19 

Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?





A+  A-

Səudiyyə müdafiə naziri Xalid bin Salman Əs Səud İrana səfər edib. O burada yüksək vəzifəli hərbi və siyasi nümayəndələrlə görüşlər keçirir. Xüsusilə İran Silahlı Qüvvələrinin qərargah rəisi general-mayor Məhəmməd Baqeri ilə görüşüb.

Xalid bin Salman Kral Salman bin Əbdüləzizin oğludur və İrana səfərinin əsas məqsədi məktubunu İranın ali rəhbəri Əli Xameneiyə çatdırmaqdır. Əsas məqam isə bunun ötən 20 il ərzində Səudiyyədən İrana ən yüksəksəviyyəli səfər olmasıdır.

2023-cü ilin yayında Çinin vasitəçiliyi ilə iki ölkə arasında təmaslar qurulmağa başladı. Tərəflər buzları əritmək və regional məsələləri birbaşa danışıqlarla həll etmək qərarına gəldilər, lakin böyük nəticə olmadı.

İran və Səudiyyə Ərəbistanı regionda iki rəqib ölkədir. Tərəflər arasındakı başlıca problem dini məzhəbləridir. Təbii ki, regional və geosiyasi maraqların toqquşduğu nöqtələr də var.

Hazırkı yaxınlaşma isə konkret səbəblərlə bağlıdır:

Birincisi, ABŞ-la İran arasında gərginlik pik həddədir. ABŞ açıq şəkildə İranı hədələyir və müdaxilə imkanlarını gözdən keçirir. İran isə mümkün hücumlara cavab olaraq, Körfəz ölkələrinin neft yataqlarını bombalamaqla təhdid edir. Bu hücum baş verərsə, aydındır ki, genişmiqyaslı enerji böhranı yaranacaq. Ümumiyyətlə, belə bir enerji böhranı bütün dünya iqtisadiyyatını alt-üst edə bilər.

İkincisi, Səudiyyə Ərəbistanı və İran məzhəb baxımından əksmövqelidir. Yəni uzun illərdir bir-birinə qarşı ideoloji müharibə aparır. Hətta demək olar ki, hər iki rejim bir-birini tənqid və təhdid edərək varlığını qoruyur. ABŞ-ın İrana müdaxiləsi regionda dəhşətli müharibə yaradacağı kimi, rejimin də iflası deməkdir. Əgər bu baş verərsə, şübhəsiz, ABŞ üzünü Səudiyyə Ərəbistanına çevirəcək. Riyad və Vaşinqton bu gün dost, müttəfiq olsa da, gələcəkdə ikinci bir Ərəb baharı tendensiyasının Səudiyyə Ərəbistanından yan keçəcəyinə heç kəs zəmanət vermir. Buna görə də Riyad Tehranı danışıqlara sövq edir.

İranın ali rəhbəri Əli Xameneinin “irəliləyiş əldə etdiyimiz sahələrdə sizə dəstək göstərməyə hazırıq” sözləri xüsusilə diqqət çəkir. Bu, açıq şəkildə nüvə sahəsində əməkdaşlıq edə biləcəklərinə dair mesajdır.

İran fərqindədir ki, təkbaşına nüvə silahı əldə etmək istəməsi ona təzyiqləri artırır. Buna görə Səudiyyəni də nüvə silahı əldə etmək üçün bənzər proqram başlatmağa şirnikləşdirir.

Prinsip etibarilə ömrünün son illərini yaşanan Kral Salman buna getməsə də, hazırda hakimiyyəti əlində tutan Şahzadə Məhəmməd bin Salmanın bu yöndə qərar verməsi mümkündür. Vəliəhd şahzadə onsuz da bu günə qədər atdığı addımlarla diqqət çəkib. Ölkəsinin və iqtidarının gələcəkdə güclü olması üçün gizli, ya da ABŞ-la razılaşaraq bu proqramı başlda bilər.

Hazırda rəsmi şəkildə bəyan etməsə də, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, hətta Misir belə nüvə silahı əldə etmək istəyir. İslam ölkələri arasında bu tendensiyanın qarşısının alınması ABŞ-İran nüvə danışıqlarından və Səudiyyə Ərəbistanının vasitəçiliyindən asılı ola bilər.

Turan Rzayev
Politoloq


Xəbər 1582 dəfə oxunub.




01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +