Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


05.11.2021  10:10 

Şadlıq sarayının sahibi niyə həbs olundu?





A+  A-

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

XezerNews.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupuna istinadən xəbəbr verir ki, aparılan yoxlamalar zamanı rayonun Bərgüşad kəndində yerləşən “Bərgüşad” şadlıq evində təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi və 250 nəfər qonağın məclisdə iştirak etməsi müəyyən olunub.

Şöbə əməkdaşları tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozan şadlıq evinin inzibatçısı Məcid Xəlilli barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Ucar Rayon Məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 8 sutka həbs edilib.

Bundan əlavə, keçirilən monitorinq zamanı adı çəkilən şadlıq evində 16 yaşından aşağı olan yeniyetmələri əmək müqaviləsi olmadan çalışdıqları da aşkarlanıb. Bu qayda pozuntusu ilə bağlı M.Xəlilli barəsində toplanmış materiallar inzibati tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilib.

Xəbər 1236 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +