Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


03.11.2021  23:19 

Hibrid və elektromobil avtomobillər ucuzlaşacaq





A+  A-

Azərbaycana idxal edilən bir sıra hibrid avtomobillərin idxalı və satışı vergidən azad edilir. Bu barədə məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib ki, hibrid maşınların vergidən azad edilməsi ətraf mühitin qorunması üçün atılan addımlardan biridir.

Onun sözlərinə görə, ölkəmizə elektrik mühərrikli avtomobillər az gətirilir:

"Səbəb isə həmin avtomobilin ehtiyat hissələrinin, servis xidmətinin, usta bazasının hələ tam formalaşmamasıdır. Hibrid avtomobillərə maraq böyükdür. Ölkəmizdə hibrid avtomobil alıcıları, əsasən, istehsal tarixi 2000-2010-cu ilə aid olan hibrid avtomobilləri alırlar. Onların qiyməti daha ucuz başa gəlir. Vergi Məcəlləsində sözügedən dəyişiklik baş tutandan sonra vətəndaşlar arasında yeni hibrid maşınlar almağa maraq artacaq. Ona görə də elektomobil və hibrid avtomobillərin qiymətlərinin aşağı düşməsi gözlənilir".

Qeyd edək ki, məcəlləyə təklif edilən dəyişikliyə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı üçün 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq.

Bundan əlavə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı üçün 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV tutulmayacaq. /Trend/

Xəbər 1423 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +