Onlar da Baş Prokurorluğun İstintaq İdarəsinə çağırıldı
“DOST“ 3.3 milyonluq tenderini də bu şirkətə verdi
Xəstənin ayaqları göydə... - Həkimlər bunu da etdi
Ukrayna “Lukoyl” Neft Emalı Zavodunu vurdu
FHN “Xəmsə” şadlıq evinin fəaliyyətini dayandırdı
Xəzər Universitetinə rektor əvəzi təyin olunub
Ruslar Donetsk və Kurskda irəliləyirlər - Açıqlama
Bazar ertəsi yaxşı xəbər olacaq - Tramp
Bəşir Süleymanlı həbs edilib
Onlar Baş Prokurorluğa çağırılıb?


03.10.2023  09:22 

Azərbaycanla Qərb ölkələrinin münasibətləri gərginləşir





A+  A-

Azərbaycanın ABŞ, Fransa və bəzi Qərb ölkələri ilə münasibətləri gərginləşə bilər.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatları, nəticə etibarı ilə həmin ərazi üzərində bütöv suverenliyini və yurisdiksiyasını bərpa etməsi Qərbdə, xüsusilə ABŞ və Fransada müəyyən dairələri narahat edib. Onlar Azərbaycanın son addımını bölgədə yaşayan ermənilərə qarşı “etnik təmizləmə” kimi qiymətləndirirlər.

Artıq Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostlq Qrupu fəaliyyətini dayandırıb. Eyni zamanda, ABŞ Konqresində 90-na yaxın senator Dövlət Departamentinə Azərbaycana qarşı sanksiyaların tətbiq olunması üçün müraciət edib. Həmçinin Kanada da Azərbaycana qarşı sanksiyalar paketini nəzərdən keçirmək niyyətindədir.

Bəzi ekspertlər hesab edirlər ki, ABŞ və Fransa qərəzli addımlar atacağı təqdirdə, bu, hər iki ölkənin Azərbaycanla münasibətlərində ciddi problemlər yaradacaq.

Məsələ ilə bağlı politoloq Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, hər iki ölkənin qanunvericilik orqanlarında erməni lobbisinin təsiri güclüdür:

“İlkin olaraq qeyd edim ki, ABŞ, Fransa və bəzi Qərb ölkələrinin qanunvericilik orqanlarının bir sıra nümayəndələri birbaşa erməni seçicilərindən asılıdırlar. Bu baxımdan həmin millət vəkilləri öz siyasi maraqlarını təmin etmək üçün erməni lobbi təşkilatları ilə təmaslar qururlar, habelə onlara lobbi tərəfindən xüsusi imtiyazlar, hədiyyələr və vəsaitlər verilir. Qərbdə siyasi sistem məhz bu cürdür. ABŞ konqresmenləri və Fransanın millət vəkilləri onsuz da öz istədiklərini həyata keçirirlər”.

T.Zülfüqarov hesab edir ki, onların ölkəmizə qarşı addımları heç bir nəticə verməyəcək:

“Çünki 90-ci illərdən bu yana ABŞ Konqresində Azərbaycana qarşı 907-ci düzəliş aktı və digər sanksiya tipli aktlar qüvvədə saxlanılır. Otuz il ərzində Azərbaycanın torpaqları Ermənistanın işğalı altında qala-qala bu aktı qüvvədə saxlayırdılar. Ona görə də ölkəmiz öz ərazisində hansı addımları atsa belə, ABŞ Konqresində bir çoxları öz qərəzli münasibətindən əl çəkməyəcək. Onların məqsədi regionda xeyrini güdmək və istəklərinə nail olmaqdır”.

T.Zülfüqarov bəzi ekspertlərin Rusiyanın Qarabağ siyasəti ilə bağlı səsləndirdiyi fikirlərlə razılaşmayıb:

“Azərbaycan ictimaiyyətində belə baxışlar formalaşıb ki, guya Rusiya Azərbaycanın Qarabağda son addımlarını dəstəkləyib, guya bölgədə siyasi vəziyyət Moskva ilə bərabər tənzimlənib. Əslində belə deyil. Reallığa baxanda görərik ki, Qarabağda vəziyyətin dəyişməsi Moskvanın ürəyincə deyildi. Çünki son hadisələr nəticəsində rus sülhməramlıları bölgəni tərk edəcəklər. Bu, həmçinin Ermənistanın Gümrü şəhərində rus hərbi bazasının ləğv olunmasına da şərait yarada bilər.

Əslinə baxanda Qarabağda yeni siyasi proseslər Qərbin xeyrinə olacaq. Ona görə ki, Cənubi Qafqaz üzərində nəzarət Qərbə Mərkəzi Asiyada öz siyasi və iqtisadi təsirinin artmasına imkan yaradacaq. Ancaq Azərbaycan və Türkiyənin ciddi dəstəyi olmasa, nə ABŞ, nə də Avropa ölkələri Mərkəzi Asiyada fəaliyyət göstərə biləcəklər”.

ABŞ və Fransanın Azərbaycanla diplomatik münasibətlərində gərginləşmə hallarının yaşanacağına gəlincə, sabiq nazir bunun qeyri-mümkün olduğunu bildirib:

“ABŞ və Fransada Azərbaycana qarşı səs-küylü bəyanatlar səsləndirilə bilər. Amma reallıqda bütün bunlar siyasi şounun bir hissəsi olacaq. Hesab edirəm ki, Azərbaycan və Türkiyə Qərbin geostrategiyasında önəmli ölkələr hesab olunurlar. Qərbin Mərkəzi Asiyada öz təsir imkanlarını artırmaq və bu regionda Çinə qarşı mübarizə aparmaq üçün Azərbaycana və Türkiyəyə ehtiyacı var”.

Xəbər 2176 dəfə oxunub.




14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?

14.03.2025  15:37 

“Rusiya İranı məhvə aparır”

14.03.2025  12:22 

Xanım məmur həbs olundu


BÜTÜN XƏBƏRLƏR +