Azərbaycanlı iş adamından Messiyə bahalı hədiyyə...
Taksi sürücülərinin Bakı tətili ləğv edildi
“Qurd Qapısı” restoranı bağlandı
“Toplum TV” işi üzrə məhkəmə başlayıb
Prezident sülh şərtlərini açıqladı
Starlink Azərbaycanda nəyi dəyişəcək?
Ukrayna işğal olunmuş ərazilərdən iki uşağı qaytardı
50 ABŞ senatoru Rusiyaya qarşı... - Sanksiyalar gəlir
“Körpü Bina Tikinti” MMC-nin iş sahəsində ÖLÜM
Qarabağ Azərbaycandır - Almaniya Prezidenti


22.02.2025  10:59 

Ermənistan revanşa hazırlaşır... - “The Conversation”





A+  A-

“Ermənistan orduda islahatlar və silah alqı-satqısı vasitəsilə Azərbaycanın hərbi üstünlüyünü azaltmağa çalışsa da, bu ölkə hərbi baxımdan hələ də qonşusundan geri qalır. İstənilən hərbi qarşıdurma Ermənistanın erkən məğlubiyyəti ilə nəticələnəcək”.

XəzərNews.az xəbər verir ki, əsasən ingilisdilli ölkələrə bağlı olan “The Conversation” saytı belə yazır...

Saytın təqdim etdiyi “Armenia and Azerbaijan are at loggerheads again – here’s why tensions are rising” (Ermənistan və Azərbaycan yenidən qarşıdurmadadır – gərginliyin artmasının səbəbi budur) adlı məqalə ilə çıxış edib. Svante Lundgren yazır ki, gərginliyin yaranmasının əsas səbəbi Zəngəzur dəhlizi ilə bağlıdır. Çünki Ermənistan bu dəhlizin açılmasına imkan vermir...

Məqalədə vurğulanır ki, Azərbaycan Ermənistanı revanşa hazırlaşan tərəf kimi təqdim edir. Belə görünür ki, Azərbaycan Ermənistana qarşı hərbi əməliyyata əl ata bilər.

Svante Lundgren iddia edir ki, 2020 və 2023-cü ildən fərqli olaraq bu dəfə Qərb Azərbaycanın Ermənistana hücumuna laqeyd qalmayacaq. Qərb Azərbaycanın Ermənistana hərbi müdaxiləsinə hərbi müdaxilə ilə cavab verəcəkmi?

Müəllif zənn edir ki, belə bir vəziyyət yaransa, çox güman ki, Qərb Azərbaycana sanksiyalar tətbiq etməklə kifayətlənəcək...

Qeyd edək ki, məlumatı İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli paylaşıb.

Xəbər 778 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.04.2025  17:07 

Xatirənin bu geyimi tənqid olundu

02.04.2025  13:53 

Cavidşünaslıqda yeni mərhələ

02.04.2025  13:21 

Bakının sabahkı havası - Proqnoz

02.04.2025  12:17 

Baxışımdan od al, isin!

01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI


BÜTÜN XƏBƏRLƏR +