FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı
FHN-dən xəbərdarlıq: Güclü külək əsəcək
Şahzadə Harri məhkəməyə görə Londona gəlib
Döyüşən Çin əsgərləri... - Zelenski Çinin reaksiyasını gözləyir
Xanlar Vəliyevin dövründə ciddi nöqsanlar olub - Açıqlama
“Mona Liza“ Şadlıq Sarayı: Ciddi nöqsanlar var
Heydərovların Londondakı şirkətləri bağlanır
Oleq Sinegubova sui-qəsd: 50 min dollara...
Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi


29.08.2022  11:48 

İcra başçısının qəbuluna gəldi, həbs edildi





A+  A-

Gədəbəy Rayon İcra Hakimiyyətində icra başçısının qəbulu zamanı insident baş verib.

XəzərNews.az xəbər verir ki, qəbuldan əvvəl yaranmış növbə zamanı rayonun Slavyanka kənd sakini, 1980-ci il təvəllüdlü T.Hümbətova ilə digər şikayətçilər arasında dava-dalaş olub.

T.Hümbətovaya qəbul sırasında şəhid ailələri və qazilərin öndə olduğu bildirilib.

İttihama görə, o, səs-küy salaraq yarım saat müddətində icra hakimiyyətində normal iş ahəngini pozub. Qurumdakı mühafizə polisi əlavə naryad dəvət etdikdən sonra 42 yaşlı qadın saxlanılaraq Gədəbəy Rayon Polis Şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin xuliqanlıq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan qadın protokolla birgə Gədəbəy Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə bildirilib ki, T.Hümbətova əvvəllər də həbs həyatı yaşayıb və dəfələrlə İcra Hakimiyyətində qəbullarda iştirak edib. Məhkəmə ona 25 sutka həbs cəzası təyin edib.

Hadisə ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyətindən bildirilib ki, T.Hümbətovanın şikayətləri ilə bağlı dəfələrlə ona izahatlar verilib və müvafiq köməkliklər göstərilib./ “Qafqazinfo”

Xəbər 1452 dəfə oxunub.




08.04.2025  18:13 

Bondarenko istefa verdi

07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +