Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


11.07.2017  10:54 

Ağdaş Xəstəxanasında qolu sınan uşağın ölüm səbəbi açıqlandı





A+  A-

Ağdaş Mərkəzi Rayon Xəstəxanasında qolu sınan uşağın ölüm səbəbi açıqlanıb.
Bu barədə xəstəxananın baş həkimi Nuri Nuriyev məlumat verib.
Baş həkim bildirib ki, 9 yaşlı uşağın ölümünə anafilaktik şok səbəb olub:
“2008-ci il təvəllüdlü Qəbələ rayon Qaradeyin kənd sakini Mehralıyev Seymur Qoşqar oğlu dünən saat 17:04 radələrində sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Cərrahiyə əməliyyatına başlamazdan öncə metilin iynəsi vurularkən xəstə anafilaktik şok keçirib. Ölümünə səbəb anafilaktik şok olub. Ürək dayanıb”.

N.Nuriyev bildirib ki, bütün lazımi tədbirlər görülməsinə baxmayaraq, xəstə dünyasını dəyişib:
“Hər bir əməliyyatda anafilaktik şok baş verə bilər. Düzdür, nadir hallarda baş verir və xəstəni vəziyyətdən çıxarmaq olur. Amma təəssüf ki, bu xəstənin həyatını xilas etmək mümkün olmadı. Hazırda uşağın meyit yarılıb və ekspertiza təyin edilib. Patoloji anatomik müayinədən sonra xəstənin ölüm səbəbi dəqiq bilinəcək”.

Qəbələ rayon Qaradeyin kənd sakini, 2008-ci il təvəllüdlü Mehralıyev Seymur Qoşqar oğlu sağ said sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən həkim İdris Əliyev azyaşlının əməliyyat olunmasını məsləhət görüb. Uşağı əməliyyata hazırlayan həkim Nizaməddin Məsimov ona narkoz verib. Azyaşlı əməliyyata girərkən qəfildən ölüb.

(modern.az)


Xəbər 1752 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +