Bu şirkətin külli miqdarda vergi borcu yaranıb
Axtarışda olan 55 nəfər saxlanıldı... - Borclu idilər
Ukraynanın dövlət borcu 171 milyard dollara çatıb
İranda zəlzələ: Xəsarət alanların sayı 29-a çatıb
Qəsdən özünü maşınların altına atan şəxs tutuldu
Müğənni həkimdən 14 min manatını istəyir
“Azəristiliktəchizat” ASC-yə sədr təyin edildi - Foto
Talıbovların dəbdəbəli həyatı... – FOTO
Kamran Əliyev yenidən Baş prokuror təyin edildi
Bu Fondda nöqsanlar aşkarlandı


04.10.2021  21:11 

Biləsuvarda 160 ailə qazsız qalıb - FOTO





A+  A-

Biləsuvar rayonunda 160 ailənin yaşadığı yaşayış massivində qaz xəttinin çəkilməməsi sakinlərin narazılığına səbəb olub.

Sakinlər Bəydili bələdiyyəsinə məxsus torpaqları elə bu yerli özünüidarəetmə orqanından alıblar və qısa müddət ərzində fərdi yayaşış evləri tikərək burada məskunlaşıblar.

Sakinlər son illər ərazidə küçə elektrik xəttinin tam olaraq yenidən qurulmasından razıdılar. İndi onları daha çox qazın olmaması narahat edir. Sakinlər qeyd edirlər ki, bu ərazidə 5 küçənin qazlaşdırılması üçün yaxın ərazidən qaz xətti də keçir. Lakin qaz xəttinin çəkilməsi üçün onların son illər əlaqədar təşkilatlara etdiyi təkar müraciətlər yenə də cavabsız qalıb.



“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev açıqlamasında bildirib ki, bu barədə məlumatlıdırlar.

Onun sözlərinə görə, adıçəkilən ərazinin qazlaşması “Azəriqaz” İstehsalat Birliyinin Tədbirlər Planına salınıb:



“Hazırda ölkədə qazlaşma mərhələli şəkildə həyata keçirilir. Həmin kəndin qazlaşmasının həyata keçirilməsi növbəti ilin Tədbirlər Planında nəzərdə tutulub”./Report

Xəbər 1940 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı

01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +