Badamovun deportu: Putin ikibaşlı oyun aparır...
Netanyahu Bakıya niyə gəlmədi? - ŞƏRH
Kadırova nə olub... - Hakimiyyətə Adam gəlir?
Kartınızda pul varsa, hədəfdəsiniz!
Uşaq həkimi odlu və soyuq silah saxlayırmış
Bir şəhid anası evdə ac qalırsa, bu nə deməkdir? - Şikayət
Bank kartlarından 46757 manat oğurlandı
İsrail Qəzzanın bütün hissəsini ələ keçirmək istəyir
Rusiya bütün Ukraynanı istəyir - Tramp
AQTA mal bazarında nöqsan aşkar etdi


25.04.2025  14:59 

Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq





A+  A-

"Hindistan və Pakistan arasında genişmiqyaslı müharibə gözlənilmir. Hindistanın birinci Kəşmir müharibəsini dayandıran "Hind çayı müqaviləsi" cıxması, müharibə hazırlığıdır. Hər iki ölkə nüvə silahına malikdir. Tərəflərin birinin qalib gəlmək şansı yoxdur. Hindistanda islamafob və millətçi Modi Pakistana münasibəti kifayət qədər mənfidir".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə politoloq Məhəmməd Əsədullazdə çıxış edib.

Politoloq bildirib ki, Kəşmirdə turistlərə hücumu bəhanə edərək, müharibəyə hazırlığın əvvəlcədən planlaşdırılması istisna deyil:

"Pakistan hökumətinin Kəşmirdə terrora dəstək verməsi mümkün deyil. Rəsmi İslamabad müharibədə maraqlı deyil. Hindistan son illərdə inkişaf edən Pakistan-Cin əməkdaşlığından narahatdır. Hindistan Pakistan üzərində siyasi və psixoloji qələbə əldə etməklə regionda və beynəlxalq müstəvidə mövqeyini gücləndirmək istəyir".

M.Əsədullzadə qeyd edib ki, Azərbaycan Pakistanı dəstəkləyir, Kəsmirdə Hindistanın işğalını qəbul etmir.

Xəbər 1209 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +