“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


08.01.2020  11:32 

AFFA-da 4 vitse-prezident olacaq





A+  A-

AFFA-nın növbədənkənar iclasından sonra baş katib Elxan Məmmədov jurnalistlər üçün brifinq təşkil edib.
XəzərNews.az xəbər verir ki, federasiya rəsmisi əvvəlcə hesabat-seçki konfransının vaxtını açıqlayıb: “Bu konfrans yanvarın 28-də baş tutacaq. Orda baş məşqçi məsələsi də müzakirə ediləcək”.

Məmmədov AFFA-da olan struktur dəyişikliyindən danışıb: “Bir neçə komitə ləğv edildi. Əvvəlki nizamnamədə çox sayda komitələr var idi. Hansı ki, onların fəaliyyəti görünmürdü. İcraiyyə Komitəsində üzv sayı 11-dən 13-ə qalxdı. Bu bütün dünyada olan tendensiyadır. Bunun səmərəsi olacaq. Vitse-prezidentlərin də sayı artdı. 4 vitse-prezident olacaq. İcraçı vitse-prezident də olacaq. Baş katib isə yerində qalacaq. İcraiyyə Komitəsinə namizədlər veriləcək. Daha sonra AFFA prezidenti vitse-prezidentləri təyin edəcək”.

Baş katib İcraiyyə Komitəsindən hələlik heç kimin istefa vermədiyini bildirib: “İcraiyyə Komitəsindən hələlik heç kim istefa verməyib. Onsuz da 28 yanvarda müddət başa çatacaq”.

“Bu dəyişikliklərin Elxan Məmmədovun səlahiyyətlərini artırmaq üçün edildiyi deyilir. Bu doğrudurmu” sualına baş katib belə cavab verib: “Bütün səlahiyyətlər konfranslarda və İcraiyyə Komitəsindədir”.

Məmmədov futbolumuzun durumuna görə tənqid olunması barədə isə bunları deyib: “Tənqidə normal baxıram. Sağlam tənqidə hamı hazır olmalıdır. Bu təkcə məndən asılı deyil. Futbolun sistemi belədir. Nizamnamədə mənim tənqidim yox idi”.

Federasiya rəsmisi Malta ilə mart ayının sonunda keçirəcəkləri matça qədər baş məşqçi məsələsinə böyük ehtimalla aydınlıq gələcəyini bildirib: “Malta ilə oyuna qədər baş məşqçi məsələsinə aydınlıq gələcəyinə ümid edirəm. Bundan başqa biz Maltada daha bir yoldaşlıq görüşü keçirəcəyik. Latviya ilə Maltada qarşılaşacağıq. Bildiyiniz kimi mayda Türkiyə yığması ilə oynayacağıq. Bundan başqa AÇ-2020 üçün Bakıya erkən gələcək Uels yığması ilə də qarşılaşa bilərik”.

Xəbər 1468 dəfə oxunub.



23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +