Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu


22.05.2018  17:21 

Müdafiə Nazirliyi 2 zabitin ölüm xəbərini yayanlara xəbərdarlıq etdi





A+  A-

Bəzi elektron KİV-də hərbi avtomobilin qəzaya uğraması nəticəsində iki zabitin ölməsi ilə bağlı məlumat yayılıb.
Müdafiə Nazirliyindən XəzərNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat nazirliklə dəqiqləşdirilmədən yazılıb:

“Bu xəbəri qəti surətdə təkzib edirik. Bildiririk ki, məzuniyyətdə olarkən öz şəxsi avtomobilində yol-nəqliyyat hadisəsi nəticəsində gizir Muradov Murad Məhəmmədəli oğlu və onunla avtomobildə olan qaynı, mülki şəxs Babayev Toğrul Zaman oğlu həlak olub. Avtomobildə olan digər sərnişin, M.Muradovun qayınanası Babayeva Zöhrə Bəydadaş qızı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib”.

Eyni zamanda qeyd olunub ki, son dövrlərdə bəzi KİV-lər yoxlanılmamış və Müdafiə Nazirliyi tərəfindən rəsmən təsdiq edilməmiş məlumatları yaymaqla yanlış fikir yaratmağa cəhd göstərirlər:

“Azərbaycan Ordusu ilə əlaqədar olan istənilən məsələnin Müdafiə Nazirliyinin mətbuat xidməti ilə dəqiqləşdirilməsi vacibdir. Bir daha KİV nümayəndələrini xəbərdar edirik ki, bu cür hallar təkrar baş verərsə onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcək”.

Xəbər 1480 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +