Biləsuvar xəstəxanasında dava: Xadimə DÖYÜLDÜ
Sabiq nazirə yeni vəzifə verildi
İcma bəyanat YAYDI
Nurlan Librenin evindən qızıl götürülüb?
Gecə və səhər bəzi yollar buz bağlayacaq
Pulları Nurlana Əliyevaya vermişəm - Məhkəmə
Əfv siyahısında kimlər var?
Bu gün Ağadadaş Ağayevə cəza istəniləcək
Hüseyn Abdullayevə hökm oxundu
İnsanlar narkozdan niyə ölür?


06.10.2021  12:31 

Toylar başlayır, qiymətlər isə baş yarır...





A+  A-

Azərbaycanda məhərrəm ayı avqustun 10-dan başlamışdı. Həmin tarixdən 60 gün keçir. Vətəndaşlarımız, yəqin ki, həmişə olduğu kimi şadlıq mərasimləri keçirməməyə buna riayət etməyə çalışırdılar. Bu zaman kəsiyi sabah bitir,ölkədə toy mövsümü yenidən başlayır.

Lakin qarşıdakı aylarda toy etmək istəyənlərin bir çoxu qiymətlərdən narazıdır. Onların bildirdiyinə görə, bəzi şadlıq sarayları qiymətləri adambaşına 10 manat bahalaşdırıb. Bu da toy sahibinin 2000-3000 min manat əlavə xərcə düşməsi deməkdir.

Trend mövcud qiymətləri, həm də yeni mövsümdə sifarişlərin sayının çox olub-olmadığını öyrənmək üçün paytaxtda yerləşən bir neçə şadlıq sarayı arasında sorğu keçirib.

"Şahənşah" şadlıq sarayından bildirilib ki, pandemiyadan əvvəl restoranda üç növ menyu olub: "Menyudan aslı olaraq qiymətlər 40-50-60 manat arasında dəyişirdi. Operativ Qərargahın qərarına görə, iyulun 1-dən toylara 150 nəfərdən artıq şəxs buraxılmadığından qiymətlərdə də 5-10 manat artım oldu. Məhərrəmlikdən sonra isə restoranımızda toy sifarişləri çox azdır".

"Planet" şadlıq sarayından isə qeyd olunub ki, qiymətlər adambaşına 30 manatdan başlayır: "Müştərinin istəyinə görə menyu qiymətləri dəyişir". Şadlıq sarayından bildirdilər ki, məhərrəmlikdən sonrakı günləri üçün toy sifarişləri azdır.

"Aysun" şadlıq sarayının administratoru isə qeyd edir ki, qiymətdə artım yoxdur: "Qiymətlər adambaşına 35-50 manat arası dəyişir. Toylara icazə veriləndə sifarişlərimiz çox idi. Lakin məhərrəmlikdən sonrakı günlər üçün toy sifarişləri azdır."

Qeyd edək ki, Nazirlər Kabineti 2021-ci il iyulun 1-dən pandemiya şərtləri nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar verib. Qərara əsasən şənlik mərasimləri 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil oluna bilər. Yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd olduğu halda icazə verilir.

XəzərNews

Xəbər 2467 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.02.2025  15:44 

Sabiq nazirə yeni vəzifə verildi

27.02.2025  15:32 

İcma bəyanat YAYDI

27.02.2025  15:30 

Kadırovun qızı istefa verib?

27.02.2025  14:48 

Qadını qatar vuraraq öldürdü

27.02.2025  14:06 

Əfv siyahısında kimlər var?

27.02.2025  13:15 

Keçmiş rektor SAXLANILDI

27.02.2025  13:12 

Məşhur aktyor Rusiyaya gedəcək

27.02.2025  12:54 

Ramazan TƏQVİMİDUALAR


BÜTÜN XƏBƏRLƏR +