“RR Construction” vətəndaşın evini söküb - Video
“VMR Estetik“in qurbanı: Ayağımdakı deşikdən 10 aydır irin axır
Səfərbərlik Xidmətinin idarə rəisi həbs edilib
Prezident İlham Əliyev və xanımı Çində
Ermənistan müxalifəti Azərbaycanla sülhə qarşı çıxır?
Peskov: “Rusiya ABŞ ilə əlaqələri davam etdirir“
İsveçrə Rusiyanın 8 media orqanına sanksiya tətbiq edib
Yelena Ukraynanın birinci xanımı olmağa hazır deyil
Qaynından əxlaqsız mesajlar aldı, ərinə göstərdi
Ölkənin ən işıqlı gəncini ölümə necə sürüklədilər?


14.04.2025  11:25 

Professordan Əvəzin xəstəliyi ilə bağlı... Açıqlama





A+  A-

Tibb elmləri doktoru, professor Adil Qeybulla məhbus jurnalist Əvəz Zeynallının səhhəti ilə bağlı açıqlama yayıb.

XəzərNews.az xəbər verir ki, professor A.Qeybulla məsələ ilə bağlı açıqlamasında bildirib:

“Dəyərli Azərbaycan ziyalısı, tanınmış jurnalist Əvəz Zeynallının səhhəti ilə bağlı Məlahət xanımın açıqlamasını hər kəsin diqqətə alması vacibdir. Histoloji verifikasiyadan məlumatsız olsam da, Məlahət xanımın yazısından diaqnozun – «Metastatik Colon (yoğun bağırsaq) Canceri (qara ciyərə metastazla)» olduğunu anladım. Əgər belədirsə, xəstəliyin «wild» və ya «mutagen» forması olduğuna aydınlıq gətirilməlidir. Bu məqsədlə müvafiq genlər yoxlanmalı, sonra isə müalicə istiqaməti seçilməlidir.

Bunları niyə qeyd etməyi zəruri hesab edirəm? Çünki bu vəziyyət (yəni uzaq metastazların olması) şişin irəli inkişaf etmiş (advanced) və yayılmış stadiyasına uyğun gəlir. Yaranmış situasiyada proqnozun kifayət qədər ciddi olması, yetərincə peşəkar müayinə və müalicə tələb etməsi, bu proseslərin isə həbsxana şəraitində aparılmasının mümkünsüzlüyü ilk növbədə əsas götürülməlidir.

Xəstəliyinin fatal səviyyədə ciddiliyini nəzərə alaraq Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi konsilium təşkil etməli, məsələnin təcililiyini müvafiq dövlət strukturları qarşısında qaldırmalıdır. Əvəz Zeynallının səhhətinin təhlükədə olmasını, onun peputasiyasını, ictimai faydalılıq əmsalını, ailəli olmasını və şəxsiyyət göstəricilərini nəzərə almaqla onun həbs qəti imkan tədbirinin dəyişdirilməsi məsələsi də öz həllini tapmalıdır”.

“Xural” internet televiziyasının rəhbəri Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-dan həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi onu rüşvət almada, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmədə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edilib, daha sonra cəzası iki ay azaldılıb.

Xatırladaq ki, ötən həftə məhbus jurnalistin həyat yoldaşı Məlahət Zeynallı Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulduğunu bildirib. M.Zeynallının sözlərinə görə, Ə.Zeynallı təxminən 1 ay əvvəl Onkologiya Mərkəzinə aparılıb, ondan biopsiya götürüblər: “10 gün əvvəl nəticəni Əvəz bəyə açıqlayıblar. “Hər şey yaxşıdır” – bizə, ailəsinə müqəddəs yalan deyib, heç kəs üzülməsin deyə. Dünən yanında olduq. Bir iki sual verəndən sonra məntiqsiz və əlaqəsiz cavabları bizi şübhələndirdi. Çox yalvar-yaxardan sonra həqiqəti söyləməli oldu. Bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qara ciyərinə yayılıb. Bu günlərdə kimya terapiyasına başlayacaqlar”.

Xəbər 3209 dəfə oxunub.




22.04.2025  13:58 

Nazir səfirlə görüşdü

22.04.2025  12:29 

Sabah 29° isti olacaq

22.04.2025  11:14 

Naziri restoranda qarət etdilər

22.04.2025  10:43 

Kolleclərə yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +