Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


10.03.2023  19:00 

Mərkəzi Bank işçiləri üçün süd alacaq





A+  A-

Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tender müsabiqəsinin qalibi olan “Sobran” MMC (VÖEN – 4003169431) Mərkəzi Banka süd satacaq.

Mərkəzi Bank əməkdaşları üçün alacağı 5 652 litr südə görə “Sobran” MMC-yə 9 min 505 manat 47 qəpik ödəyəcək. Alınacaq südün 5 268 litrinin yağlılıq dərəcəsi 2,4%, 384 litrinin yağlılıq dərəcəsi isə 1,5% olacaq. Rəqəmlərdən də göründyü kimi, Mərkəzi Bank bir litr südə görə 1,68 manat ödəyəcək. Mərkəzi Bank südün alışını 1 il ərzində həyata keçirəcək.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Sobran” MMC 04.12.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı Bərdə rayonu, Mollalı kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Qafarlı Xətai Sərvər oğludur.

Qalib şirkətlə bağlı diqqət çəkən məqam odur ki, “Sobran” MMC ötən ilin dekabr ayında 3 müxtəlif dövlət qurumunun keçirdiyi 3 fərqli istiqamətdəki tender müsabiqəsinin qalibi olub.

06.12.2022-ci il tarixli məlumata görə Qazax rayon Mərkəzi Xəstəxanasına 6 991,5 manata geyim və yorğan satacaq.

07.12.2022-ci il tarixli məlumata görə Sahibkarlığın İnkişafı Fonduna 17 233,9 manata jalüz pərdə satacaq.

19.12.2022-ci il tarixli məlumata görə Goranboy rayon Mərkəzi Xəstəxanasına 15 474,52 manata nəqliyyat vasitələrinin cari təmiri xidmətini göstərəcək və sürtkü materialları satacaq.

Qısa müddətdə 4 dövlət qurumunun keçirdiyi 4 fərqli istiqamətdəki tender müsabiqəsinin qalibi olan “Sobran” MMC barəsində açıq internet resurslarda məlumat yoxdur. MMC-nin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları mövcuddur./Yeniavaz.com

Xəbər 1347 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +