Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


30.01.2019  15:34 

Nazarbayev nazirlərə xarici kostyum geyməyi qadağan etdi





A+  A-

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə nazirlərini yerli geyimləri geyməyə səsləyib. Ölkə başçısının fikrincə, yerli istehsal olan geyimlərə heç kim fikir vermir, eyni zamanda hər şey xaricdən gətirilir.
XəzərNews.az “nur.kz” portalına istinadən xəbər verir ki, Astanada Qazaxıstan hökumətinin geniş iclasında çıxış edən N.Nazarbayev bununla bağlı deyib: “Bizdə hər şey xaricdən gətirilir. Dəblə geyinən kişi və qadınların olduğunu başa düşürük, onlara ancaq “Şanel-manel” ver və s. Bəs sadə xalq? Gənclər ilinin açılışında mənə əla kostyumlar və ayaqqabılar göstərdilər. Sadəcə, diqqət yetirmirik. Niyə inkişaf etdirməyək? Yerbol (Yerbolat Dosayev – milli iqtisadiyyat naziri), sən bununla ümumiyyətlə məşğul olmursan”.

Prezident həmçinin Qazaxıstanda istehsal edilən malların təşviq edilməli olduğunu vurğulayıb: “Burada oturanlar, biz hamımız yerli kostyumlara keçməliyik. Bunda qorxulu heç nə yoxdur. Dünyada sadə geyim mövcuddur, xüsusilə dövlət qulluqçuları üçün – bütün insanlar üçün. Və biz yerli yüngül sənayeni qaldıracağıq… Ora-bura gedirik, bazarlarda axtarırıq. Amma daxili bazardan istifadə etmirik”, – prezident bildirib.

Xəbər 1337 dəfə oxunub.



19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +