Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


08.06.2018  19:36 

Qatil qaynata məhkəmə qarşısında





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Seyidmalik Məmmədovun (1958-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
XəzərNews.az-ın məlumatına görə, ötən il dekabrın 11-də Maştağa qəsəbəsində yaşayan Seyidmalik Məmmədov ailə münaqişəsi zəmnində ov tüfəngindən atəş açaraq gəlini, 24 yaşlı Aysel Məmmədovanı qətlə yetirib.

Hadisəni törədəndən sonra o könüllü Sabunçu RPİ 14-cü polis bölməsinə təslim olub. İstintaq-əməliyyat qrupu hadisə yerinə baxış keçirərkən, oradan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilib.

İş üzrə dindirilmiş Seyidmalik Məmmədov bildirib ki, gəlinini qısqanclıq zəminində öldürüb. Belə ki, onun oğlu Aysellə 5 il əvvəl ailə həyatı qurub və bu nikahdan bir oğulları dünyaya gəlib. Həyətləri geniş olduğundan, yaşayış sahəsində oğlu üçün ayrı ev tikib. Hadisədən bir ay əvvəl Seyidmalik həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan şəxslə tutub. Məmmədov həm gəlinindən, həm də qonşusundan qəsəbəni tərk etmələrini, əks təqdirdə onları öldürəcəyini deyib.
O, məsələni oğlundan gizli saxlayıb. Bundan bir müddət sonra həmin şəxs paytaxtı tərk edib və Zaqatala rayonunda məskunlaşıb. Aysel isə əvvəlki kimi evdə yaşamağa davam edib. Seyidmalik ona dəfələrlə xəbərdarlıq etsə də, gəlini sözlərinə əhəmiyyət verməyib. Ayın 11-də əsəblərinə hakim ola bilməyən Məmmədov odlu silahdan Ayselə atəş açaraq, onu qəsdən öldürüb.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 13-nə təyin edilib.

Xəbər 1449 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +