Frans-Pressin təxribatına cavab veriləcəkmi?
Rusiyanın 30 günlük atəşkəs yaratmaq niyyəti yoxdur
Berlin Kiyevin tərəfində qalacaq - Vadefül
Göyçayda əksər küçələri zibil və pis qoxu bürüyüb - Foto
“Müharibə başlayandan sonra Qarabağa getdim...“ - Köçəryan
Heydərov İlkin Cəfərovu vəzifəsindən azad etdi
Bakıda Əfqanıstanla bağlı beynəlxalq tədbir keçirilib
Qırmızı dənizdə ABŞ-nin 60 milyon dollarlıq döyüş təyyarəsi itib
Bank kartlarından 12329 manat kiber üsulla oğurlanıb
Xəbərdarlıq edilmədən işdən çıxarıldılar - Etiraz


04.04.2017  10:41 

Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ





A+  A-

2017/2018-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına test imtahanının I mərhələsində iştirak edəcək bakalavrlara "Buraxılış vərəqəsi"nin verilməsini başlanıb.
XəzərNews.az-ın xəbərinə görə, bunun üçün bakalavrlar "Baka­lavrın imtahana buraxılış və­rəqəsi"ni eservices.dim.gov.az/erizemag/brxvmag internet səhi­fəsinə daxil olaraq çap edib götürməli, imtahanın yeri və keçirilmə tarixi qeyd olunan buraxılış və­rəqəsini (hər mərhələ üçün ayrıсa) və şəxsiyyətlərini təsdiq edən sənədi imtahana hökmən gətir­məlidirlər. Magistratura imtahanın birinci mərhələsi aprelin 9-da Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhər­lərində keçiriləcək. İmtahanda bakalavrlara ümumi intellekt səviy­yəsinin (məntiqi təfəkkürun) yoxlanılması üçün 50 (o cümlədən, açıq formalı 5), informatika üzrə 25 (o cümlə­dən, açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq formalı 5) test tapşırığı təqdim olunacaq. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Birinci mərhələdə 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər.

Qeyd edək ki, bu il Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına 13080 nəfər ərizəsini təsdiq edib ki, onlardan 11816-sı Azərbaycan, 1264-ü isə Rus dili bölməsinin məzunudur.

Xəbər 1726 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +