Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi
“Melissa Group”un rəhbəri daha 2 ay həbsdə qalacaq
İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib


17.02.2025  16:27 

Sanki evli adama aşiq olacağıma mən qərar vermişəm - Tonya





A+  A-

Ukraynalı müğənni Tonya Matvienko oboz.ua saytında dərc olunan müsahibəsində anası onu erkən hamiləliyinə və ya evli kişi ilə münasibət qurmasına görə qınamadığını etiraf edib.

XəzərNews.az xəbər verir ki, sənətçinin sözlərinə görə, anası nə olursa-olsun ona həmişə dəstək olub.

Tonya Matvienko vurğulayıb ki, hələ evli olan ukraynalı rəssam Arsen Mirzoyanla münasibətə başlayanda anası onu qınamayıb.

"Belə qeyd-şərtsiz qəbul bəzən son dərəcə zəruri olurdu. Çünki bəzən həyat bizim cəmiyyətdə öyrəşdiyimiz kimi getmirdi. Erkən ilk övladımız və tanış olduğumuz zaman Arsenin həyat yoldaşı olması... Bu, yalnız insanlar üçün səhv idi, bəlkə də, amma anam üçün... Düşünmürəm ki, o, məndən utanırdı".

Tonya Matvienko əlavə edib ki, guya ərini ailəsindən necə uzaqlaşdırdığı haqda danışmalardan yorulub:

"Yaxşı, mənə elə gəldi, nə edə bilərəm? Mən nə vaxtsa evli adama aşiq olacağıma qərar vermişəm? Bu, planlaşdırılmamışdı. Sanki bütün bunlar mənə lazım idi, doğrudan da! Düzünü desəm, artıq bu söhbətlərdən bezmişəm. Arsenlə 14 ildir bir yerdəyəm".

Xəbər 2473 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +