Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


11.04.2017  10:44 

Azərbaycan komandası Türkiyəni təmsil edəcək





A+  A-

“Vətən” Futbol Məktəbinin 10 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil edilən turnirdə ən yüksək nəticəyə imza atıb.
XəzərNews.az xəbər verir ki, təmsilçimiz U-10 komandaları arasında ən yüksək kateqoriyalı yarış olan "10 Champions Trophy"nin qonşu ölkədə keçirilən seçmə mərhələsinin qalibi olub.

Türkiyənin 40 komandasının iştirak etdiyi turnirin 1/16, 1/8 və 1/4 final mərhələlərini uğurla adlayan “Vətən” yarımfinalda “Çanakkale Selection”a 8:1 hesabı ilə qalib gələrək finala vəsiqə əldə edib.

Həlledici görüşdə "Beylikgücü"nə 7:0 hesabı ilə qalib gələn "Vətən" kubokun sahibi olub. Azərbaycan komandası bununla 16-18 iyun tarixlərində Avstriyada 1000 komandanın iştirakı ilə keçiriləcək böyük turnirdə Türkiyəni təmsil etmək hüququ qazanıb. Komandaya kuboku və Avstriyaya təyyarə biletini “Altınordu” klubunun prezidenti Seyit Mehmet Özkan təqdim edib. Turnirin ən yaxşı oyunçusu və bombardiri 25 qola imza atan “Vətən”in yetirməsi Hüseynli olub.

Qeyd edək ki, "Vətən"in Avstriyadakı turnir üçün bütün xərcləri seçmə mərhələnin təşkilatçısı “Altınordu” klubu tərəfindən ödəniləcək.

Xəbər 1764 dəfə oxunub.



21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +