Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


09.12.2020  22:19 

Aİ ilə Britaniya arasında ticarət razılaşması əldə edildi





A+  A-

Avropa İttifaqı (Aİ) ilə Böyük Britaniya arasında “Brexit”lə bağlı keçid dövrü başa çatandan sonra Şimali İrlandiya ilə Birləşmiş Krallığın qalan hissəsi arasında ötürüləcək malların 98 faizi rüsumsuz daşınacaq.
XəzərNews.az RTE-yə istinadən xəbər verir ki, bu barədə tərəflər arasında razılaşma əldə edilib.

Belə ki, Aİ ilə Böyük Britaniya sərbəst ticarət sazişinə dair danışıqlarda nəticə əldə edə bilməsələr, sözügedən razılaşma 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək. O cümlədən Şimali İrlandiyaya göndərilən ərzaq və kənd məhsulları üçün azı üç ay ərzində tibbi şəhadətnamə tərtib olunmayacaq. Bununla belə Aİ bu qaydaya qane olmasa, onu birtərəfli şəkildə dayandıra bilər.

Bundan əvvəl İrlandiya Respublikası hökuməti keçid dövrü başa çatandan sonra ərzaq məhsulları tədarükünün kəsilə biləcəyindən narahatlıq ifadə etmişdi. Belə ki, Aİ ilə BK arasında ticarət sazişi imzalanmasa, Şimali İrlandiyaya göndəriləcək mallar Aİ qaydalarına uyğun nəzarət olunacaqdı. Çünki “Brexit” sazişinin bir hissəsi olan Şimali İrlandiya protokoluna görə, həmin bölgə Aİ-nin vahid bazarının bir hissəsi olaraq qalır.

Xəbər 2030 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +