Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


08.04.2024  13:14 

Erməni diasporu Stokholmda aksiya keçirəcək – Azərbaycan və Türkiyəyə qarşı - Fotolar





A+  A-

Aprelin 20-də saat 17:00-da İsveçdəki Erməni Gənclər Federasiyası Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında yürüş keçirəcək.

Xəzərnews.az xəbər verir ki, bu barədə məlumatı Diaspora.TV-yə İsveç Azərbaycanlıları Konqresinin sədri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun həmtəsisçisi Emil Mirzəyev bildirib.

E.Mirzəyev bildirib ki, aksiya "erməni soyqırımı”na həsr olunub.

Yürüşdə həmçinin 27 sentyabr, 2023-cü ildən həbs edilən Qarabağdakı separatçı rejimin "rəhbərləri”nə dəstək nümayiş etdiriləcək.

Qeyd edək ki, erməni diasporu Stokholmda Azərbaycan diasporunun, xüsusən də onun rəhbəri E.Mirzəyevi davamlı olaraq izləyir, onu getdiyi yerlərdə təqib edirlər. E.Mirzəyevin keçirdiyi görüşlər və şəxslər erməni diaspor nümayəndələrinin diqqətindən yayınmır. Bu barədə özlərinə məxsus internet resurslarda, xüsusən də sosial şəbəkələrdə geniş müzakirələr açırlar.









Xəbər 6986 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +