“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


17.08.2023  10:01 

Bakıda beynəlxalq konfrans keçirildi





A+  A-

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi tərəfindən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələri Vətəndaş Cəmiyyəti Platformasında təqdimatı və icmalarda təşviqi” adlı layihə həyata keçirilir.

XəzərNews.az xəbər verir ki, layihə fəaliyyəti çərçivəsində Bakı şəhərində “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə” adlı beynəlxalq konfrans keçirilib. Konfransda müvafiq dövlət orqanlarının təmsilçilərinin, ŞərqTərəfdaşlığı ölkələrindən ekspertlərin, Qərbi Azərbaycan İcmasının və ölkədə fəaliyyət göstərən Vətəndaş Cəmiyyəti İnstitutlarının təmsilçiləri iştirak edib.

Konfransı Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin prezidenti İlqar Hüseynli konfransın məqsədləri və iştirakçıları barədə təqdimat edib. Daha sonra 1-ci panel təqdimatları həyata keçirilib. Bu panel “deportasiya qurbanlarının qayıdışı beynəlxalq hüquq çərçivəsində”mövzusunu əhatə edib.

Bu istiqamətdə Azərbaycan təcrübəsi üzrə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İB-nin beynəlxalq əlaqələr departamentinin rəhbəri, Ankara Universiteti Hüquq fakültəsinin tələbəsi Əlibəy Hüseynli, Belarus təcrübəsi üzrə Belarus Respublikası Akademtrans Sahibkarlığa Dəstək Mərkəzinin rəhbəri Natalya Harbuz, Gürcüstan təcrübəsi üzrə Qadın Biznes Assosasiyası, AB Şərq Trəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İqtisadi İnteqrasiya İşçi Qrupunun koordinatoru Nino Elizbaraşvili, Türkiyə təcrübəsi üzrə Türkiyə Qazi və Şəhid Ailələri Vəqfi Bursa Başqanı Fikri Özder və Ukrayna təcrübəsi üzrə Azərbaycan Ukrayna Qadınlar Cəmiyyəti İctimai Birliyinin rəhbəri Lidia Alieva-Şestak geniş təqdimatla çıxış ediblər.

Əlibəy Hüseynli Qərbi Azərbaycana qayıdış konsepsiyasının beynəlxalq hüquq prinsipləri çərçivəsində hazırlandığını və ölkələrin ərazi bütövlüyünün qorunub saxlamaqla yanaşı, deportasiya qurbanlarının ləyaqətli qayıdış, təhlükəsizlik və mülkiyyət hüquqlarınin qorunması istiqamətində Ermənistanın üzərinə düşən hüquq və vəzifələr barədə geniş təqdimatla çıxış edib.

Konfransın 2-ci təqdimat paneli “Şərq Tərəfdaşlığı regionunda sülh və sabitliyin qorunmasında vətəndaş cəmiyyətinin rolu” adlanıb. Bu paneldə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının koordinatoru Şəhla İsmayıl və Gürcüstan Beynəlxalq Biznes və İqtisadi İnkişaf Mərkəzinin sədri David Tsiskaridze, geniş təqdimat ediblər.

Konfransın gedişində Azərbaycan vətəndaş cəmiyyəti institutlarının tanınmış liderləri Rauf Zeyni, Umud Mirzəyev, Mirəli Hüseynov, Əhməd Abbasbəyli, Fuad Həsənov, Ziya Quliyev, Miraslan Bəkirli, Azərbaycan Respublikası QHT-lərə Dəstək Agentliyinin Müşahidə Şurasının üzvləri Azər Allahverənov, Zaur İbrahimli çıxış edərək maraqlı təkliflər səsləndiriblər.

Daha sonra beynəlxlaq ekspertlərlə Qərbi Azərbaycan İcmasında geniş tərkibli görüş baş tutub. Görüşdə QAİ-nın sədri MM-in deputatı Əziz Ələkbərli, MM-in deputatı Hikmət Babaoğlu, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri İlqar Hüseynli Azərbaycanın haqlı mövqeyindən, Konsepsiya sənədinin beynəlxalq hüquq prinsipləri çərçivəsində hazırlanmasından və deportasiya qurbanlarının öz ata-baba yurdlarına qayıdış mexanizmləri barədə geniş məlumatlar veriblər.

Hər bir xarici ekspert bu məsələdə Azərbaycanın və Qərbi Azərbaycandan olan deportasiya qurbanlarının haqlı mövqedə olduğunu və bu istiqamətdə ölkəmizə dəstək olduqlarını ifadə ediblər.






Xəbər 1318 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +