“Yelo Bank“da çənə sındıran filial müdiri...
İmamoğlu ilə bağlı həbs qərar yoxdur - Prokurorluq
Yağıntılı və küləkli hava davam edib
Azərbaycanda müavinət və təqaüdlər artacaq
Mübarizəni davam etdir! - CHP-dən açıqlama
Rusiya Kiyevə kütləvi hava hücumu həyata keçirib
İmamoğlu və 90 şübhəlinin dindirilməsi başladı
Əli Kərimlinin mühafizəçisi niyə saxlanılıb? - Foto
Paşinyan referendumun vaxtını açıqladı
“Uşaq da, ana da sağlamdır“ dedilər, amma...


06.06.2023  14:31 

Kütləvi məzarlıq... İnsanlıq əleyhinə növbəti erməni cinayəti





A+  A-

Kütləvi məzarlıq... İnsanların etnik mənsubiyyətinə görə işgəncələrlə öldürülməsi... Bir əcnəbiyə bu fikirləri çatdırsaq, yəqin ki, həmin hadisələrin keçən əsrdə - I və ya II dünya müharibələri dövründə baş verdiyini düşünər.

Amma bu əsla elə deyil. Hərbi cinayətlər, inşaların azərbaycanlı olduğuna görə öldürülməsi, xüsusən də işgəncə verməklə öldürülməsi son 30 ildə ermənilərin törətdiyi inşalıq əleyhinə silsilə cinayətlərin xronologiyasını təşkil edir.

Başlıbel, Fərrux, Edilli istiqamətlərindəki kütləvi məzarlıqlar seriyasına növbəti ünvan əlavə olundu. Şuşa türməsi həndəvərində aşkar olunan kütləvi məzarlıq. İnsanlıq əleyhinə törədilmiş dəhşətli növbəti müharibə cinayəti.

İcraçılar yenə erməni faşistləri, qurbanlar isə yenə də azərbaycanlılar.


Arayış:

“Kütləvi məzarlıq, dəfn edilməzdən əvvəl müəyyən edilə bilən və ya olmayan bir çox insan cəsədini ehtiva edən qəbirdir. Birləşmiş Millətlər Təşkilatı cinayət üçün istifadə edilən kütləvi məzarları üç və ya daha çox qurbanın dəfn olunduğu yer kimi müəyyən etmişdir.

Kütləvi məzarlıqlar çox vaxt bir çox insanı öldürüldükdən sonra yaradılır və təmizlik üçün cəsədləri tez basdırmaq istəyi var.

Kütləvi məzarlıqlar əsasən müharibə və cinayət kimi böyük münaqişələr zamanı istifadə olunur.”

İlkin ehtimallara görə bu məzarlığın günahsız sakinləri Şuşa türməsində qanunsuz saxlanılan azərbaycanlılardır. Həmin türmədə azərbaycanlılara verilən ağır işgəncələr, törədilmiş amansız zorakılıq, ölüm hadisələri ilə bağlı yüzlərlə faktlar var.

Ekspertlərin apardığı təhlillərə görə, işğal dövründə Şuşa həbsxanasında 360 azərbaycanlı əsir və girov saxlanılıb. Bunlardan 216 nəfəri Azərbaycan Respublikasının səyi nəticəsində azad edilmiş, digərlərinin taleyi bu günə qədər məlum deyil. Böyük ehtimal aşkar olunan yeni meyit qalıqları həmin şəxslərə aiddir.

Acınacaqlı hal ondan ibarədir ki, bu günə qədər əsir və girov düşmüş 4 minə yaxın azərbaycanlının taleyi məlum deyil. Bu naməlumluq, eyni zamanda yeni məzarlıqların tapılması ehtimalını xeyli yüksəldir.

Ermənilər bu məzarlıqları salanda həm də güman edirdilər ki, Qarabağ və ətraf rayonlar onların işğalında olduğu üçün həmin cinayətlərin də üstü açılmayacaq.

Azərbaycan 44 günlük Vətən Müharibəsi ilə öz əzəli torpaqlarını erməni işğalçılarından təmizlədikdən sonra həmin ərazilərdə işğal dövründə baş verən bütün dağıntıları, ermənilərin törətdiyi cinayətləri aşkarlayaraq, beynəlxalq təşkilatların diqqətinə çatdırır, müvafiq hesabatlar hazırlayır. Dövlət tərəfindən ardıcıl olaraq bu cinayətlərin beynəlxalq müstəviyə çıxarılması üçün işlər aparılır.


Cəsarət Hüseynzadə
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək”
ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri


Xəbər 1207 dəfə oxunub.




23.03.2025  13:12 

Onların saatı 37 min AZN-dir...

22.03.2025  17:47 

Ərdoğan niyə bu addımı atdı?

22.03.2025  11:43 

Allah var, bilirəm...

22.03.2025  10:00 

Ruslar Zaporojyeni atəşə tutub

21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +