“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


28.12.2021  10:49 

Rusiya Xocalıda radarlar quraşdırıb - FOTO





A+  A-

Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələri Xocalə şəhərinin hava limanında radiolokasiya stansiyaları quraşdırıb.

Belə stansiyalardan biri "Kasta 2E2-39N6" RLS-dir.

Bu radar hava məkanının müşahidəsi, uçuşun məsafəsi və havadakı obyektlərin (təyyarələr, helikopterlər, uzaqdan idarə olunan təyyarələr, PUA-lar, aşağı və çox aşağı yüksəklikdə uçan qanadlı raketlər) yerdən intensiv əksolunma, habelə yerli şüalanma şəraitində azimutlarının müəyyənləşdirilməsi üçün istifadə olunur.



Qarabağdakı rusiyalı hərbçilərin funksiyasının sülhməramlı fəaliyyət olduğunu nəzərə alsaq, Xocalı aeroportunda "Kasta"nın yerləşdirilərək quraşdırılması ən azı sual doğurur.

"Kasta-2E2" RLS-nin üçkoordinatı, desimetr diapazonlu radar olduğunu nəzərə alsaq, ondan həm də havada hərəkətin idarə olunması, eləcə də aerodrom zonalarında səmanın nəzarətdə saxlanması üçün istifadə olunur.



Sözügedən RLS-in sırf hava hücumundan müdafiə, yəni hərbi məqsədlərlə istifadə olunmadığını, Xocalıdakı aeroportda "mülki məqsəd" üçün yerləşdirildiyini nəzərə alsaq belə, çox müəmmalı situasiyanı müşahidə edirik.

Qarabağdakı rusiyalı sülhməramlılar Xocalı aeroportundan istifadə etmək istəyirlər və buna artıq hazırlıq görürlər? Belədirsə, həmin aeroport vasitəsilə hansı yüklər daşınacaq, qəbul ediləcək və göndəriləcək?



Həmin yüklərə nəzarət kimlər tərəfindən, necə həyata keçiriləcək? Və ən nəhayət, kim təminat verə bilər ki, Xocalı aeroportundan sadəcə, humanitar yardımlarla rusiyalı sülhməramlıların təminatı üçün nəzərdə tutulmuş yüklərin daşınması üçün istifadə olunacaq?

Suallar çoxdur.

Orxan Hun
Milli.Az

Xəbər 1765 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +