Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


01.11.2023  19:43 

“Ankara İsveçin NATO- ya üzvlüyünü təsdiqləməyə tələsməyəcək“ -Fuat Oktay





A+  A-

"Ankara İsveçin NATO- ya üzvlüyünü təsdiqləməyə tələsməyəcək"

Xəzərnews.az xəbər verir ki, bunu Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Fuat Oktay bildirib. O qeyd edib ki, müvafiq komitə bu məsələni “öz prioritetləri çərçivəsində” müzakirə edəcək.

Fuat Oktay vurğulayıb ki, İsveçin Şimali Atlantika Alyansına üzvlük məsələsi bəzi digər dövlətlər kimi Türkiyə üçün də aktual deyil.

“İsveçin NATO-ya üzvlüyü gündəliyimizdə ratifikasiyanı gözləyən beynəlxalq müqavilələrdən yalnız biridir” dedi.

Fuat Oqtay qeyd edib ki, “vaxtı gələndə” parlament bu məsələni müzakirə edəcək.

İsveç Rusiyanın Ukraynadakı əməliyyatına görə Finlandiya ilə birlikdə 2022-ci ildə NATO-ya üzvlük üçün müraciət edib. 4 aprel 2023-cü ildə Finlandiya rəsmi olaraq alyansa üzv oldu. İsveçin girişi Stokholmda Quranın yandırılması hadisəsi və Türkiyənin bu məsələdə mövqeyinə görə gecikib.

Macarıstan Türkiyə ilə birlikdə İsveçin alyansa qoşulmasına hələ razı olmayan sonuncu NATO üzvüdür. 2023-cü ilin oktyabrında Türkiyə İsveçə qarşı ritorikasını yumşaldıb və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən ratifikasiya protokolunu parlamentə təqdim edib.

Xəbər 1335 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +