Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


19.12.2022  12:36 

Moskvaya güclü qar yağdı, 1941-ci ilin rekordu təkrarlandı





A+  A-

Moskvada qar örtüyünün hündürlüyü 34 santimetrə qədər artıb - bu, qışın əvvəlindən bəri ən yüksək göstəricidir və 19 dekabr 1941-ci ildə müəyyən edilmiş gündəlik rekordun təkrarıdır.

XəzərNews.az xəbər verir ki, bu barədə Hava Mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Telegram kanalında məlumat verib.

Qeyd edək ki, Rusiyanın paytaxtına bir neçə gündür davamlı qar yağıb. Bir gün əvvəl şəhərdə narıncı hava təhlükəsi elan edilib. Əlverişsiz hava şəraiti ilə əlaqədar Moskva hava limanlarında onlarla reys təxirə salınıb.

Yalnız dekabrın 18-də bir gündə təzə yağan qarın böyüməsi 25 sm təşkil edib - bu, aylıq normanın 60% -dən çoxdur.

Moskva merinin müavini Pyotr Biryukov bildirib ki, 14 mindən çox texnika və 119 min insan gecə-gündüz şəhər küçələrini təmizləməyə çıxıb.

Sinoptiklər xəbər verir ki, həftənin sonunda moskvalıları yağış gözləyir.

XəzərNews.az

Xəbər 1314 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +