Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


27.03.2021  14:12 

Paşinyan indi də sabiq hakimi MTX-yə rəhbər gətirir





A+  A-

Keçmiş hakim Andranik Simonyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yeni rəisi təyin ediləcək.
XəzərNews.az xəbər verir ki, bu barədə armlur.am öz mənbələrinə istinadən məlumat yayıb.

“Hakim Simonyan yenicə İstintaq Komitəsi rəhbərinin müavini təyin edildi. Arqişti Karamyanla qurulmuş sxemə görə, o, Milli Təhlükəsizlik Xidmətinin rəis müavini təyin ediləcək və bir neçə gündən sonra quruma rəhbərlik edəcək”, - deyə qəzet yazır.

Qeyd olunur ki, bununla da Baş nazir Nikol Paşinyan son 1,5 ildə, 2019-cu ilin sentyabrından etibarən 5 dəfə Milli Təhlükəsizlik Xidmətinin rəhbərini dəyişdirib. Artur Vanetsyanın gedişindən sonra yerinə Eduard Martirosyan təyin edilib. Sonra onu Arqişti Karamyan əvəzləyib. 2020-ci ilin oktyabrında Karamyan vəzifədən çıxarılıb, yerinə Mikael Hambardzumyan təyin olunub. Hambardzumyan bu vəzifədə cəmi bir ay çalışıb. Noyabr ayının əvvəlində onu Armen Abazyan əvəz edib.

Xəbər 2303 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +