Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


20.02.2021  09:34 

Argentina səhiyyə naziri vaksinasiya qalmaqalı fonunda istefa verdi





A+  A-

Argentinanın səhiyyə naziri Hines Qonzalez Qarsiya ölkədə hökumətə yaxın şəxslərin növbədənkənar peyvənd edilməsi ilə əlaqədar qalmaqalın başlamasından sonra istefa verib.
XəzərNews.az bildirir ki, məmur istefası barədə bəyanatın mətnini tvitterdə dərc edib.

“Sizin xahişinizə cavab olaraq mən səhiyyə naziri postundan istefa verirəm”, - ölkə Prezidenti Alberto Fernandesə ünvanlanmış məktubda deyilir. Daha əvvəl “Todo Noticias” telekanalı bildirmişdi ki, ölkə başçısı nazirdən istefa verməsini xahiş edib.

Qalmaqalı şərh edən Qonzalez Qarsiya qeyd edib ki, peyvənd olunanların hamısı gedən kampaniya çərçivəsində üstünlük verilən şəxslər qrupuna daxildir. Onun fikrincə, yaranmış vəziyyət anlaşılmazlığın nəticəsidir.

Daha sonra məlum olub ki, Argentina Prezidenti səhiyyə nazirinin müavini Karla Vissottini qurumun yeni rəhbəri təyin edib.

Daha əvvəl argentinalı jurnalist Horasio Verbitski “El Destape” radiostansiyasının efirində köhnə dostu Hinesə müraciət etdikdən sonra koronavirusdan peyvənd oluna bildiyini deyib. “Clarin” qəzetinin məlumatına görə, jurnalistlə yanaşı, ictimaiyyətə bildirilmədən və əhalinin immunizasiya planı çərçivəsindən kənarda bir neçə qanunverici və məmur da peyvənd olunub.

Xəbər 2331 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +