Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


19.02.2021  11:32 

ABŞ-ın nəsli kəsilməkdə olan ilk heyvan növü klonlaşdırıldı





A+  A-

Elm adamları ABŞ-ın nəsli kəsilməkdə olan ilk növü- qara ayaqlı ferreti 30 il əvvəl ölmüş bir heyvanın genlərindən istifadə edərək klonlaşdırıblar.
XəzərNews.az “NBC News”a istinadən xəbər verir ki, Elizabeth Ann adlı ferret Kolorado ştatının Fort Kollins şəhərindəki Balıq və Vəhşi Təbiət Xidmətinin qara ayaqlı ferret yetişdirilmə müəssisəsində anadan olub və orada böyüdülür. O, 1988-ci ildə nəsli kəsilməkdə olan və DNA texnologiyasının yarandığı ilk günlərdə qalıqları dondurulmuş Uilla adlı bir ferretin genetik surətidir.

Mütəxəssislər qeyd edirlər ki, klonlaşdırma texnologiyası köçəri göyərçin kimi bir sıra nəsli kəsilmiş növlərin geri qaytarılmasında həlledici rol oynaya bilər.

“Biotexnologiya və genomik məlumatlar konservasiya səyləri istiqamətində ciddi fərq yarada bilər”, - deyə ferret növlərinin klonlaşdırmalarını koordinasiya edən biotexnologiya mərkəzli qeyri-kommersiya təşkilatı “Revive & Restore”un aparıcı elmi işçisi Ben Novak qeyd edib.

Xəbər 2388 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +