Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


18.02.2021  08:43 

Baydenlə Netanyahu razılığa gəldilər





A+  A-

İsrail Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə sülh razılaşmalarının irəliləməsini, İranı, regional çağırışları, koronavirusun yayılmasına qarşı mübarizəni müzakirə edib.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, bu barədə İsrail Baş nazirinin dəftərxanası məlumat yayıb.

“Netanyahu bu axşam (çərşənbə, 17 fevral) ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb. Söhbət çox isti və dostluq şəraitində keçib və bir saata yaxın davam edib” - deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, Baydenlə Netanyahu sülh razılaşmalarının gələcək irəliləyişini, İran təhlükəsini, regional çağırışları müzakirə edib, dialoqu davam etdirməyi və İsraillə ABŞ arasında möhkəm alyansın gücləndirilməsini davam etdirmək üçün birlikdə işləməyi razılaşdırıblar.

ABŞ Prezidenti və İsrail Baş naziri, həmçinin koronavirusa qarşı vaksinasiya və pandemiyaya qarşı mübarizə məsələlərini müzakirə ediblər.

“The Times of Israel” qəzeti yazır ki, bu, Baydenin ABŞ Prezidenti olaraq vəzifəsinin icrasına başladığı andan İsrailin Baş naziri ilə birinci danışığı olub.



Xəbər 1985 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +