O qadınla 5-6 gün oteldə qaldıq, məni şantaj edirdi - Şərurlu İsfəndiyar
Əli Əsədovun sədrliyi ilə iclas keçirildi
Adəm Məmmədov azadlığa çıxmaq istəyir
Azərbaycanın etibarlı rolunu qiymətləndiririk - Səfir
Donald Tramp NATO-nun sammitində iştirak edəcək
“Şah“ otelin sahibi qolbaqda gəzəcək
“Embawood” qüsurlu mal satıb - Rəsmi
Bu mərkəzin iki əməkdaşı istintaqa cəlb olundu
Avtomobili partladıldı, deputat həlak oldu - Fotolar
Bulvar ərazisində dənizdən meyit tapıldı


03.06.2018  12:09 

Kürdə biogen maddələrin miqdarı normadan artıqdır





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə may ayında növbəti monitorinq həyata keçirib.
Monitorinqin nəticələri ilə bağlı XəzərNews.az-a verilən məlumata görə, may ayının III ongünlüyündə Kür çayında suyun sərfi may ayının II ongünlüyünə nisbətən 88 m3/san azalaraq 339 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

May ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafaçay su anbarında, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.60-7.67 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Xəbər 1238 dəfə oxunub.




04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı

04.04.2025  10:00 

İtkin düşən məktəbli tapılıb


BÜTÜN XƏBƏRLƏR +