“Düşünürəm ki, Putin istəyir” - Tramp
Şimali Koreya Kurskda 4700 əsgər itirib - Reuters
Sədr kadr islahatına köməkçisindən başladı
İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır


13.11.2018  10:06 

Qripə qarşı pulsuz peyvənd mümkündürmü?





A+  A-

Rusiyada, eləcə də bir sıra Avropa ölkələrində əhali arasında kəskin respirator virus infeksiyaları və qripin yayılmasının qarşısını almaq üçün payız-qış mövsümü ərəfəsində insanlar qripə qarşı pulsuz peyvənd edilirlər. Qonşu Gürcüstanda isə əhalinin risk qrupuna daxil olan müəyyən təbəqəsi - 18 yaşadək uşaqlar, xroniki xəstələr, sığınacaqlarda yaşayan yaşlı insanlar qripə qarşı pulsuz peyvənd olunur.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Hava-damcı infeksiyaları bölməsinin həkim-epidemioloqu Nəzmiyyə Brumendfard deyib.

Onun sözlərinə görə, Azərbaycanda qripə qarşı epidemioloji vəziyyət icazə verilən həddi keçmədiyi üçün qripə qarşı peyvəndin milli peyvənd təqvimə daxil edilməsi (milli peyvənd təqviminə daxil olan peyvəndlər məcburi qaydada və pulsuz həyata keçirilir) məqsədəuyğun sayılmır.

Onun sözlərinə görə, qrip virusunun antigen quruluşu çox dəyişkən olduğu üçün bir virusa qarşı peyvənd vurduran şəxs qripin digər tipinə yoluxa bilər.

N.Brumendfard qeyd edib ki, ölkə ərazisində dövr edən virusla bağlı vəziyyəti nəzarətdə saxlamaq üçün hər il kəşfiyyat xarakterli epidemioloji nəzarət tədbirləri aparılır. Bu il belə tədbirlərə oktyabrın 5-dən başlanılıb:

“Bütün yuxarı tənəffüs yollarının infeksiyaları ilə müraciət edən xəstələrin yuxarı tənəffüs yollarından yaxma götürülür və Respublika Taun Əleyhinə Stansiyada analiz edilir. Bu iş ölkədə nəzarət altındadır”.

RGEM-in direktor müavini Afaq Əliyeva isə bir müddət əvvəl Trend-ə bildirmişdi ki, Azərbaycana qripə qarşı vaksinlər dövlət tərəfindən deyil, özəl şirkətlər vasitəsilə gətirilir. Ölkədə qripə qarşı vaksinasiya tədbirləri də özəl müəssisələr tərəfindən həyata keçirilir.

O, bunu da əlavə etmişdi ki, Azərbaycanda apteklərdə vaksinlərin satılmasına icazə verilmir:

"Apteklərdə vaksinlər satılmır. Çünki vaksinlərin xüsusi saxlanılma qaydaları var, "soyuq zəncir" prinsiplərinə riayət olunmalıdır. Vaksinlər istehsalçıdan peyvənd olunan şəxsə qədər yalnız soyuducu rejimi gözləmək şərtilə saxlanılmalıdır. Peyvənd yalnız tibb müəssisələrində vurulmalıdır. Onlar "soyuq zəncir" rejiminə riayət edilmək şərtilə həmin müəssisələrə çatdırılır".

Xəbər 1287 dəfə oxunub.



29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +