“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub
Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"


23.05.2017  14:23 

“Stansiya”dakı bıçaqlanmaya görə tutulan var





A+  A-

Mayın 21-də axşam saatlarında Xəzər rayonunun Qala qəsəbəsindəki "Stansiya" adı ilə tanınan ərazidə bıçaqlanma hadisəsi baş verib.
XəzərNews.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, ərazidə iki nəfər arasında mübahisə baş verib. Mübahisə əlbəyaxa davaya çevrilib və tərəflərdən biri digərinə bıçaq zərbəsi endirərək hadisə yerindən qaçıb.

Vətəndaşlardan alınan məlumat əsasında polislər hadisəni törədən şəxsin qaçdığı səmti dəqiqləşdirərək həmin istiqamətdə axtarış tədbirlərinə başlayıb. Axtarış nəticəsində polis hadisədə şübhəli bilinən Bakı şəhər sakini Zaur İsmayılovu saxlayıb. Z.İsmayılov hadisəni törətdiyini etiraf edib. Polis əməkdaşlarının iştirakı ilə cinayətin aləti olan bıçaq onun tulladığı yerdən tapılıb götürülüb və saxlanılan şəxs Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə təhvil verilib.



Xəbər 1401 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +