Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


18.07.2018  12:54 

Bu adam qadınları soyurmuş





A+  A-

Paytaxtın Nizami rayonunda ahıl yaşlı qadına qarşı soyğunçuluq edilib.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, bu barədə zərərçəkən Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verib. Zərərçəkən izahatında R.Rüstəmov küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq etdiyini və əlindəki içərisində 68 manat və bir ədəd mobil telefonu olan çantasını götürərək hadisə yerindən qaçdığını bildirib.

Məlumat ərazi üzrə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə daxil olan kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb.

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Hacıyev Qabil Əleyman oğlu saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

Xəbər 1374 dəfə oxunub.




29.04.2025  13:33 

Sabah 21° isti olacaq

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi


BÜTÜN XƏBƏRLƏR +