“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi
Sabiq Baş prokurorun milyonluq yatırımları...
Ələsgər Məmmədli həbsdə qaldı


11.11.2021  10:32 

Dilçilik İnstitutunu necə xilas etmək olar?





A+  A-

Akademşəbəkənin üzdə olan faili Möhsün Nağısoylu bəzi sələflərinin yolunu gedərək 5 il ərzində Dilçilik İnstitutunda "anestezioloqluq" etdi.

Özünü qətiyyən işə vermədi, əsəblərini qoruyudu. İşgəncə altında imdad diləyən institutun patoloji ocaqlarını söndürmək əvəzinə, analgetiklərlə yola verdi, heç bir "terapevtik" tədbir görmədi, əksinə, daxili xoraların üstünü ötdü, xərçəng mərhələsinə zəmin hazırladı, əvəzində özü üçün titullar və yaxşı maddi imkanlar qazandı.

Arxayınçılıq və ənənəvi müftə pul yemək o həddə gəlib çatdı ki, M.Nağısoylu akademşəbəkənin digər akademik və professor üzvləri ilə əlbir olub bəlaya saldığı Azərbaycan dilçiliyinin termionoloji qan-damarına müdaxilə etdi, ona mərkəzi sinir sistemini zədələyən "udarnı doza"da venadaxili PLAGİARİZM infuziyası yeritdi!

Beləliklə, illərdən bəri ağrıkəsicilərlə "bəslənən" dilçiliyimiz M.Nağısoylunun sərt müdaxiləsi nəticəsində komaya düşdü. İmdad üçün göndərilmiş milli valyutamız akademik tələyə düşdü, qan ağladı, yüz minlər haray çəkib intihar etmiş 2 milyonu səslədi. Səsinə yalnız Dilçilik İnstitutunun otaqlarındakı sınıq-salxaq kompütürlər və cəhənnəm zəbanəsini xatırladan qara maqnitofonlar səs verdilər...

Akademşəbəkə əlində olan bütün resursları işə salıb məsələni ört-basdır etdi, çünki "udarnı doza" əmrini qoluzorluların hamisi cənab boss vermişdir. Ona görə də əmrə müntəzir "akadem-anestezioloq" mükafatlandırıldı, müşavir təyin edildi.

İndi soyuq başla düşünün! Suyu sovrulmuş, son qəpiyinə daş atılmış Dilçilik İnstitutunu bu bəladan necə xilas etmək olar? İnstitutu dirçəltmək üçün ən azından Prezidentin dilçiliyin inkişafı üçün ayırdığı 2 milyon manatı geri qaytarmaq lazımdır.

Mən hələ qapış-qupuş edilən yüz minlərlə qrantları, qoçu himayədarlıqlarını, özümün və uşaqlarımın dərman pulunu yeyən şəbəkə üzvlərini demirəm.

Əlavə "gəlirlər"dən savayı dövlətdən 3 min, 5 min, hətta 9 min manat maaş şəklində qoparan, bir neçə vəzifəni və kabinetləri işğal edən, sosial ədalətsizliyi normaya çevirib idbar maraqları üçün narazılığın tempinə nəzarət edən müftəxor alim-akademiklər şəbəkəsi haqqında tədbir görülməsi vacibdir!

İdris Abbasov
Professor


Xəbər 7228 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +