Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik
Nazirlik 492 müəllimi işdən çıxartdı
“VMR Klinikası”nın rəhbəri ilə bağlı ilginc faktlar
Rusiya heç bir hazırlıq nümayiş etdirmir - Zelenski
KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub


15.02.2025  16:06 

Ramazan ayı martın 1-dən başlayacaq?





A+  A-

Mətbuatda və sosial şəbəkələrdə Azərbayanda Ramazan ayının martın 1-dən başlayacağı barədə xəbərlər yayılıb.
Fevralın 28-də Azərbaycan səmasında yeni Ayın görünəcəyi, Ramazan ayının ilk gününün martın 1-nə təsadüf edəcəyi iddia edilib.

Yayımlanan təqvimə görə, martın 30-u və 31-i Ramazan bayramı qeyd ediləcək. Müqəddəs ayda Qədr gecələri 18, 20, 22 və 26 mart tarixlərinə təsadüf edəcək.

Qeyd edək ki, ötən il Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) hər il Ramazan ayının başlaması ilə əlaqədar fətva verir.

Yayılan xəbərlərlə bağlı Modern.az-a danışan İçərişəhər “Cümə” məscidinin axundu, QMİ-nin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli bildirib ki, Ramazan ayı ilə əlaqədar Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən qərar qəbul edilməyib:

“Qafqaz Müsəlmanlar İdarəsinin bununla bağlı iclası hələlik olmayıb və fətva verilməyib”, - o deyib.

Qeyd edək ki, fətvanın yaxın günlərdə veriləcəyi gözlənilir.

İslam dininə görə, Ramazan ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir.

Xəbər 1733 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +