Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur
Sabah 21° isti olacaq
Frans-Pressin təxribatına cavab veriləcəkmi?


08.06.2021  10:57 

Jurnalistlərin minaya düşdüyü yerdən dron görüntüləri - Video





A+  A-

Dünyaca məhşur “National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati 325 minlik izləyicisi olan instagram səhifəsində Kəlbəcərdə minaya düşərək şəhid olan azərbaycanlı jurnalistlərdən yazıb.
XəzərNews.az xəbər verir ki, hadisə yerinə yollanan Deqati erməni hərbçilərin təxribatçı fəaliyyətlərini xatırladaraq Ermənistan rəhbərliyinin mina xəritələrini təhvil verməkdən boyun qaçırmaqla mülki əhalini təhlükə altında qoymasına diqqət çəkib.

“İki azərbaycanlı jurnalist avtomobillərinin Ermənistan silahlı qüvvələrinin Qarabağda yerləşdirdikləri milyon minadan birinə düşməsi nəticəsində burada həlak olub. Ermənilər hərbi məğlubiyyətlərindən sonra ayrılmazdan əvvəl minlərlə mina və bomba tələləri qurublar. Bütün beynəlxalq müqavilələrə və Cenevrə Konvensiyasına qarşı olmaqla erməni rəhbərliyi minalar xəritələrini verməkdən imtina edir, xüsusi olaraq mülki əhali arasında yüzlərlə yeni ölümə və şikəstliyə səbəb olur, yenidən qurulmasını təxirə salmaqla qaçqınların qayıdışını gecikdirir”, - deyə Reza Deqati qeyd edib.

Xatırladaq ki, iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.



Xəbər 2677 dəfə oxunub.





29.04.2025  13:33 

Sabah 21° isti olacaq

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi


BÜTÜN XƏBƏRLƏR +