Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur
Sabah 21° isti olacaq
Frans-Pressin təxribatına cavab veriləcəkmi?


20.02.2018  12:13 

“Azərişıq” seçki ilə bağlı toplantı keçirdi





A+  A-

Aprel ayının 11-də baş tutacaq prezident seçkiləri ilə bağlı “Azərişıq” ASC-də toplantı keçirilib.
Qurumdan XəzərNews.az-a daxil olan xəbərə görə, “Azərişıq” ASC-nin sədri Baba Rzayev bildirib ki, qarşıdan məsuliyyətli mərhələ gəlir və seçki dövrünü uğurla başa vurmaq üçün “Seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına yönələn tədbirlər haqqında” 19.02.2018-ci il tarixli əmr imzalanıb. “Bütün seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin olunması üçün müvafiq göstərişlər verilib”.

Cəmiyyətin sədri seçki günü seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi üçün müvafiq tapşırıqlarını verib.

İclasda seçkiyə hazırlıq və seçkilər günü seçki dairələrinin və seçki məntəqələrinin elektrik enerjisi təchizatı ilə bağlı yarana biləcək hər hansı bir problemin operativ aradan qaldırılması üçün məsul şəxslər təyin olunub.

Xəbər 1500 dəfə oxunub.



29.04.2025  13:33 

Sabah 21° isti olacaq

28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi


BÜTÜN XƏBƏRLƏR +