Avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ
Kamil atasının ad və soyadından niyə imtina edib?
Masallıda yaşayış evində yanğın baş verib - Video
Əfv Komissiyasına 700-dən çox müraciət var
“Azər-Türk Bank”ın 1.5 mln. manatlıq ümidsiz kreditləri...
Bakıda məşhur şadlıq evləri cərimələndi – SİYAHI
Saxta plastik cərrah Gəncədə ölümə səbəb oldu
Estoniya Rusiya ilə sərhəddə hərbi baza yaradır
Tramp geri çəkildi: Çin mallarına rüsumlar azalacaq
“BakuDent“ klinikası cərimələndi


03.01.2019  16:03 

Alıcılara nə vaxtdan ƏDV qaytarılacaq?





A+  A-

Xəbər verdiyimiz kimi, bu ilin yanvar ayının 1-dən etibarən Vergilər Məcəlləsinə dəyişiklik məsələsi qüvvəyə minib.
XəzərNews.az-ın verdiyi məlumata görə, Məcəllədə yeni qaydalardan biri də ticarət və iaşə müəssisələrində ödənişlər zamanı tutulan ƏDV-nin bir hissəsi (Nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%) müştəriyə geri qaytarılmasıdır. Alıcıların bir çoxu isə yeni qaydalardan xəbərdar olsalar da, ƏDV-ni necə və haradan alacaqlarını bilmirlər.

Bildirək ki, sözügedən məsələdən Vergilər Nazirliyi də xəbardardır. Nazirlikdən bildirilib ki, ticarət və iaşə obyektlərində ƏDV-nin geri qaytarılması müddəası ilə bağlı qaydaların hazırlanması üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Qaydalar hazırlanıb hökumətdə təsdiq edilməlidir. Bundan sonra mexanizm bəlli olacaq. Hələ ki, mexanizm və qaydaların tətbiq olunacağı tarix müəyyənləşməyib.

Qeyd edək ki, hazırda bir sıra dövlət qurumları bununla bağlı müzakirə aparırlar. Məbləği geri almaq üçün vətəndaşlar ilk növbədə kassa çekini saxlamalıdırlar. Mexanizm bəlli olmadığına və sözügedən müddəa ilə bağlı tətbiq məsələsi qüvvəyə minmədiyinə görə, hələ ki, kassadan alınan qəbzləri saxlamağa ehtiyac yoxdur.

Xəbər 1982 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +