KOBİA İdarə Heyətinin sədrinə I müavin təyin edildi
Ermənilər mövqelərimizi atıcı silahlardan atəşə tutub
Sabiq icra başçısının Avropada biznesi üzə çıxdı
Son 2 gün: Kartlardan 12 min manat oğurlandı
Prezident konfrans iştirakçılarına müraciət etdi
Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO


16.04.2025  17:32 

Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi





A+  A-

Delta Qrup C.O. MMC-nin rəhbəri İlkin İmran oğlu Şabanov Məhəmməd Niyaz oğlu Cahangirzadəni və onun rəhbəri olduğu Pacific Bread MMC–ni (№1 Çörək Zavodu) əmək münasibətləri ilə bağlı məhkəməyə verib.

XəzərNews.az Teleqraf-a istinadən xəbər verir ki, İ.Şabanov iddia ərzəsində direktor vəzifəsindən azad olunmasını istəyib, yəni qanuni təmsilçi olmaq istəməyib.

Yasamal Rayon Məhkəməsində hakim Ayşən Sultanova-Məmmədovanın sədrlik etdiyi iclasda qərar çıxarılıb.

Qərara görə, İ.Şabanovun iddiası qismən təmin olunub. Onun vəzifəsindən uzaqlaşdırılması üçün öhdəlik təmin olunub.

Bundan sonra tərəflər Bakı Apellyasiya Məhkəməsinə üz tutublar. Yuxarı instansiya məhkəməsi qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, Cahangir Cahangirzadə 2001-2011-ci illərdə “Beynəlxalq Bank”ın Nərimanov, 2011-2014-cü illərdə isə Sənaye filialının müdiri olub. Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin cinayət işində adı keçib.

Qeyd edək ki, Məhəmməd Cahangirzadə hazırda Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Anar Cahangirovun qardaşıdır.

Anar Cahangirov Gömrük Komitəsi sədrinin birinci müavini Bəhruz Quliyevlə kirvədir.

Xəbər 2563 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +