Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


25.04.2017  17:20 

Mal-qaranın kütləvi tələfatı ilə bağlı RƏSMİ AÇIQLAMA





A+  A-

İsmayıllı rayonunun Qubaxəlilli kəndində iribuynuzlu heyvanların kütləvi tələfatı barədə yayılmış məlumatların heç bir əsası yoxdur.
Dövlət Baytarlıq Nəzarəti Xidmətindən XəzərNews.az-a verilən məlumata görə,iribuynuzlu heyvanların naməlum səbəbdən tələfolması barədə yayılan məlumatlarla bağlı İsmayıllı Rayon Baytarlıq İdarəsinin əməkdaşları Qubaxəlilli kəndində araşdırmalar aparıblar. Araşdırmalar zamanı kənd sakinləri Mirzəyev Əlimöhsümə və Həsənov Namiqə məxsus şəxsi təsərrüfatlarda cəmi 2 baş südəmər buzovun tələf olması müəyyən edilib. Həmçinin araşdırmalar zamanı kəndin digər təsərrüfatlarında iribuynuzlu heyvanların ölməsi qeydə alınmayıb.

Ölmüş buzovlarda aparılan patoloji-anotomik yarma zamanı onların bağırsaqlarında çoxlu sayda askarid qurdlarının olması müəyyən edilib.

Tələf olmuş buzovlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək ərazi dezinfeksiya edilib. Eləcə də təsərrüfat sahiblərinə müvafiq mütəxəssis məsləhətləri verilib.

Xəbər 1412 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +