Bakıda 100 minlik dələduzluq
Bakının axşam tıxacı - SİYAHI
“Abzas Media” işi ilə bağlı məhkəmə prosesi keçirilib
Vahid Ələkbərov Rusiyanın ən varlı adamı oldu
Rusiyaya casusluq edən ukraynalı Polşada saxlanıldı
İsveçrə Rusiyanın 8,38 milyard dollarlıq aktivlərini dondurub
“Kanal S”in aparıcısını ağ yuyub, qara sərdilər - RƏY
“Top Qapı” restoranında təmir və kabab... - Foto
Kadırov 17 yaşlı oğlunu DİN-nin kuratoru təyin edib
“Melissa Group”da mənzillərin satışı dayandırıldı


28.10.2023  10:32 

Ermənilər Qubadlının geostrateji əhəmiyyətini düzgün qiymətləndirmişdilər -Deputat





A+  A-

“Qubadlı rayonu ərazisində işğala qədər 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü mövcud olmuşdur. Rayon 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra bütün bu məntəqə və obyektlər erməni vandalları tərəfindən talan edilmiş və yararsız vəziyyətə salınmışdır.”

Xəzərnews.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, mindən artıq kənd təsərrüfatı obyekti, yüz kilometrlərlə avtomobil yolu, 2 su anbarı, rayonun bütün elektrik, qaz və rabitə infrastrukturları tamamilə dağıdılmışdır. “ İşğal dövründə rayonun faydalı qazıntı yataqları qanunsuz istismara məruz qoyulmuş, təbii sərvətlərimiz ermənilər tərəfindən talan edilmişdir. İşğal nəticəsində rayondan otuz min nəfər məcburi köçkün respublikamızın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. Digər tərəfdən, Ermənistan hökuməti beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq işğal dövründə Qubadlı ərazisində qeyri-qanuni məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri rayonun Xanlıq kəndində qanunsuz olaraq yerləşdirmişdi.”

K.Qafarov 2020-ci ilin 25 oktyabr tarixinin 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi olduğunu vurğulayıb: “Ermənilər Qubadlının geostrateji əhəmiyyətini düzgün qiymətləndirmişdilər. Buna görə də düşmən rayonun müdafiə xətti boyunca güclü istehkamlar qurmuş, şəhəri əhatə edən yüksəkliklərdə öz hərbi birləşmələrini yerləşdirmişdi.

Ordumuzun Qubadlı əməliyyatında ilk növbədə şəhərə hakim olan yüksəkliklər, daha sonra ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri azad edildi . Oktyabrın 25-də isə Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 nəfər hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir.

Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən edilib.”

Daha sonra K.Qafarov digər azad edilmiş rayon və bölgələrimiz kimi, Qubadlıda da irimiqyaslı bərpa-yenidənqurma işlərinin aparıldığını vurğulayaraq deyib: “Bu gün Qubadlı rayonunda möhtəşəm yenidənqurma işləri böyük vüsətlə davam etdirilir.

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulur. Ölkə Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş Qubadlıya bir neçə dəfə səfər edib.

Bu səfərlərdən birincisi tarixi Qələbəmiz əldə olunan il, dekabr ayının 23-də baş tutub. Həmin gün cənab Ali Baş Komandan Qubadlıda Azərbaycan bayrağını ucaldıb. Növbəti səfərlər zamanı dövlət başçısı Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının açılış mərasimində, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında, Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində və bir çox digər mühüm tədbirlərdə şəxsən iştirak edib, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlər keçirib.

Cari ilin may ayının 4-də isə cənab Prezident Qubadlıya etdiyi növbəti səfəri çərçivəsində Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib.

Möhtərəm dövlət başçımızın işğaldan azad edilmiş rayonlara səfərləri zamanı qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası yerində yoxlanılır, yeni açılışlar və təməlqoyma mərasimləri reallaşdırılır.

Xalqımız əmindir ki, Şərqi Zəngəzurun cənnətə çevriləcəyi gün uzaqda deyildir.”



Xəbər 1791 dəfə oxunub.




01.04.2025  19:00 

Bakıda 100 minlik dələduzluq

01.04.2025  18:57 

Bakının axşam tıxacı - SİYAHI

01.04.2025  14:57 

Sabah gündüz 25° isti olacaq

01.04.2025  14:43 

Qara dənizdə atəşkəs var?

01.04.2025  13:58 

Annalena Baerbok Ukraynaya gedib

01.04.2025  13:14 

Mən niyə "supa oturmuşam?"


BÜTÜN XƏBƏRLƏR +