Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


25.04.2022  17:11 

Seçkinin nəticələri elan olundu - nümayişlər başladı





A+  A-

Fransada 2022-ci il prezident seçkilərinin ikinci və həlledici turu Emmanuel Makronun qələbəsi ilə başa çatdı. Ancaq seçkilərin nəticələri elan olunduqdan az sonra ölkədə nümayişlər başlayıb.

XəzərNews.az xəbər verir ki, Fransa Fransa Daixli İşlər Naizirliyinin son məlumatlarına əsasən, Emmanuel Makron 58,55 faiz, onun rəqibi - “Milli Birlik” partiyasının sədri Marin Lö-Pen isə 41,45 faiz səs toplayıb. Beləliklə, Emmanuel Makron növbəti 5 il üçün Fransa Prezdienti seçilib.

Qeyd edək ki, 2017-ci ildə Emmanuel Makron 66,1 faiz səs toplamışdı.

Prezident seçkilərinin ikinci turunda səs verməyən seçicilər 28,2 faiz təşkil edib ki, bu da 1969-cu ildən bəri rekord rəqəmdir. Bu rəqəm prezident seçkilərinin birinci turundan (26,31 faiz) və 2017-ci il seçkilərinin ikinci turundan (25,4 faiz) da yüksəkdir. İkinci turda bülletenlərin 8,6 faizi etibarsız sayılıb.

E. Makronun qələbəsi ölkədə birmənalı qarşılanmayıb. İlkin nəticələrin elan olunmasından sonra Strasburq, Lion, Tuluza, Marsel və Parisdə etiraz nümayişləri başlayıb. Nümayişçilərlə polis arasında zorakılıq aktları qeydə alınıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Xəbər 8308 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +