Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


05.05.2021  16:46 

Yol polisi velosipedçiləri cərimələdi





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi və onun struktur qurumları tərəfindən motosiklet, moped və velosiped idarə edən şəxslər tərəfindən qaydalara əməl edilməməsi hallarının qarşısının alınması məqsədi ilə reyd keçirilib.
İdarədən XəzərNews.az-a verilən məlumata görə, reydlər Gəncə, Ağsu, Ağcabədi, Qax, Qazax, Qəbələ, Qusar, Daşkəsən, Zaqatala, İsmayıllı, Yardımlı, Kürdəmir, Göyçay, Goranboy, Masallı, Mingəçevir, Neftçala, Oğuz, Samux, Salyan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Xızı, Hacıqabul, Cəlilabad, Şamaxı, Şəki, Şəmkir və Şirvan şəhərlərində baş tutub.

Xüsusilə son vaxtlar yollarda daha çox görünən motosiklet, moped və velosiped idarə edən şəxslər tərəfindən qaydalara əməl edilməməsi hallarının yolverilməz olduğu barədə maarifləndirmə xarakterli söhbətlər aparılıb. Bununla yanaşı qaydaları kobud şəkildə pozan velosipedçi və moped idarə edən şəxslər, habelə səs siqnalından istifadə qaydalarını pozan sürücülər barəsində də inzibati tənbeh tədbirləri görülüb.

Xəbər 1929 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +