Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


09.09.2020  08:41 

Dünyada yeni pandemiya başlaya bilər





A+  A-

Milyonlarla insan sağlam qida əldə etmək imkanını itirir ki, bu da piylənmə problemini yaradır. Bu isə nəticədə yeni qlobal pandemiyaya səbəb ola bilər.
XəzərNews.az xəbər verir ki, bu barədə Blumberqin yaydığı məlumatda deyilir. BMT-nin proqnozlarına əsasən, ilin sonunadək 130 milyondan çox insan aclıqla üzləşəcək, inkişaf etmiş ölkələrdə isə piylənmə daha ciddi problemlər yaradacaq.

Koronavirus pandemiyası dövründə insanlar gəlirlərini itirdiklərindən zərərli qidalar, xüsusən “fast food”lara üstünlük verərək qidaya qənaət etmək məcburiyyətində qaldılar.

Artıq çəkili insanların sayı ac insanların sayından dəfələrlə çoxdur. Bu xüsusilə inkişaf etmiş ölkələrdə nəzərə çarpır. Kök insanlar isə daha çox şəkərli diabet, ürək-damar və onkoloji xəstəliklərə meyilli olurlar.

BMT-nin hesablamalarına görə, hazırda dünyada 3 milyard insan sağlam pəhriz saxlaya bilmir, bu da artıq çəkiyə meyllilik yaradır və yeni növ pandemiyanın baş verəcəyini şərtləndirir.

Əgər tədbirlər görülməzsə, artıq çəki və bununla əlaqəli sağlamlıq problemləri yaxın on ildə dünyada səhiyyə xərclərini ildə 1,3 trilyon dollar artıracaq.



Xəbər 1709 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +