Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


10.01.2018  10:34 

Nadir xəstəliyindən DANIŞDI: “... siz ölmək istəyirsiz?”





A+  A-

“Başa düşmədim, xəstəxanaya düşə bilmərəm? Mən də insanam. Mənim əlimdə kardioqrama var. İki aydır ki, bronxlarımdan əziyyət çəkirəm. Çox soyuq olub. Bir neçə gün xəstəxanaya getmədim. Həkimlər dedi ki, siz ölmək istəyirsiz? Sonra müalicəyə getdim. Burada başqa heç nə yoxdur”.
XəzərNews.az bildirir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Nadir Qafarzadə silikonlarının çıxarması və göz qapağında əməliyyat olunması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib:

Nadir dərc edilən xəbərlərin şayiə olduğunu qeyd edib:

“Mən bircə 2004-cü ildə burnumu əməliyyat etdirmişəm. Sadəcə içdən narahatlıq keçirirdim. Yatanda xorultu verirdi. Bunu aradan götürdülər. Mənim əlimdə sənədlər var. Silikon filan deyil. Onu bilin ki, silikon vurulursa, onu çıxarmaq mümkün olmur. Bunu istənilən həkimdən soruşa bilərsiz. Bundan başqa, göz qapaqlarımda problem yoxdur.

Mənim 46 yaşım var, əməliyyata ehtiyacım yoxdur. Ehtiyac yaranarsa, edərəm. Özümə baxanam, arıq oğlanam. Kökəlməmişəm ki, göz qapaqlarım sallansın. Bizdə şayiə yaymaq adəti var. Belə xəbərlər yayırlar. Mənim övladlarım, xanımım var. Onlar da narahat olurlar, depressiyaya düşürlər”.

Qeyd edək ki, criminal.az saytı yazıb ki, Nadirin əməliyyat zamanı dodaqlarındakı süni gel çıxarılıb, gənc görünmək üçün gözətrafı artıq ətlər götürülüb.

Xəbər 2175 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +