Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


02.03.2025  10:48 

Ermənistan Türkiyə və Azərbaycanla anlaşıb?





A+  A-

"Bu gündən etibarən Ermənistan-Türkiyə sərhədinə Rusiya hərbi kontingenti yox, erməni əsgərləri nəzarət edəcək. Nikol Paşinyan belə deyib".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli çıxış edib.

E.Həsənli qeyd edib ki, daha əvvəl Rusiya hərbçiləri Ermənistan-İran sərhədinə nəzarətdən kənar edilmişdi:

"İrəvan Hava limanına Rusiyanın nəzarətinə də son qoyulub. Yəni Rusiya Ermənistanda öz mövqelərini itirə-itirə gedir... Ermənistan-Türkiyə sərhədinə ermənilərin nəzarət etməsi nə deməkdir? Rusiya hərbi kontingentinin sərhəddən uzaqlaşdırılması o anlama gəlir ki, Ermənistan Türkiyədən hər hansı bir hərbi müdaxilə gözləmir. Əgər gözləsəydi belə bir addım atmazdı..."

E.Həsənli əlavə edib ki, Ermənistan-İran sərhədindən Rusiya hərbi kontingentinin çıxarılması da müsbət hadisədir:

"Bu, həm də o deməkdir ki, Ermənistan heç Azərbaycandan da Zəngəzur məsələsinə görə hərbi müdaxilə gözləmir. Gözləsəydi Rusiya qoşunlarını ərazidən çıxarmazdı...

Ermənistan nə Türkiyədən, nə də Azərbaycandan hərbi müdaxilə gözləmirsə, deməli, tərəflər arasında anlaşma var. Sadəcə bu anlaşmanın münasib bir məqamda elan olunması qalıb..."



Xəbər 1229 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +